Premyer Liqa: Çempion Sabah Şamaxıdan 3 xalla qayıdır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 3 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, ötən tur çempionluğu təmin edən "Sabah" səfərdə "Şamaxı"nın qonağı olub. Şamaxı şəhər stadionunda oynanılan qarşılaşma Bakı klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra turnir cədvəlində "Sabah" 75 xalla 1-ci, "Şamaxı" 35 xalla 8-cidir.
Günün son oyununda "Zirə" "Qəbələ"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:30-da start götürəcək.
Qeyd edək ki, XXX turun ilk oyun günündə "Kəpəz" "Sumqayıt"ı 2:1, "İmişli" isə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Turun digər 2 oyunu mayın 4-ü və 5-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 03 May 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















