Premyer Liqa futbolçusu ağır qəzaya düşdü FOTO
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İngiltərə Premyer Liqasının “Vest Hem Yunayted” klubunun futbolçusu Maykl Antonio ağır qəzaya düşüb.
Bu barədə klub məlumat yayıb.
Bildirilib ki, futbolçunun vəziyyəti stabildir:
“Biz təsdiq edə bilərik ki, Antonio bu gün yol qəzasına düşüb. Bütün klub işçiləri üşüncə və duaları ilə Mayklın, ailəsinin və dostlarının yanındadır”.
Mayklın hazırda London xəstəxanasında nəzarət altında olduğu deyilir.
Qəza zamanı futbolçunun maşını ciddi ziyan görüb.
Qeyd edək ki, bu mövsüm Antonio Premyer Liqada 14 oyun keçirib və 1 qol vurub. İngiltərə çempionatının turnir cədvəlində “Vest Hem” 15 xalla 14-cü yerdədir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:140
Bu xəbər 08 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















