Premyer Liqa: Kəpəz Zirə ilə heç heçə edib
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
Misli Premyer Liqasının VIII turunun bağlanış oyununda "Kəpəz" "Zirə" ilə qarşılaşıb.
Milli.Az xəbər verir ki, Gəncə stadionunda baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı ev sahiblərindən 57-ci dəqiqədə Blessinq Olabiran açıb. Qonaqlar məğlubiyyətdən final fitinə 1 dəqiqə qalmış xilas ola biliblər - 89-cu dəqiqədə David Volkov başla dəqiq oynayıb.
"Zirə" 12 xalla altıncı sıradadır. "Kəpəz" isə 11 xalla yeddinci pillədə qərarlaşıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" "Qəbələ"ni (4:0), "İmişli" "Turan Tovuz"u (1:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 18 Oktyabr 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















