Icma.az
close
up
RU
Premyer liqa klubları kimi almaq istəyir?

Premyer liqa klubları kimi almaq istəyir?

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yay “transfer pəncərəsi”nin qızğın çağıdı, İngiltərə premyer-liqasında çıxış edən klublar yenə də bazarın ən fəal oyunçularındandı.

"Football-plus.az" xəbər verir ki, “Liverpul” 200 milyondan artıq xərcləyib, “Mançester Siti” və “Çelsi” 100 milyon həddini keçib, “Mançester Yunayted”lə “Tottenhem” də bu rəqəmə yaxınlaşmaqdadı.
Hər komandanın qapamağa çalışdığı zəif tərəfləri var. Bəziləri bu prosesdə öz aralarında rəqabət aparmağa məcburdu. Ənənəvi olaraq “top-6” adlandırılan qrupda yer alan klubların hər birinin, eləcə də Çempionlar Liqasında çıxış edəcək “Nyukasl”ın hansı mövqelər üzrə güclənməyə ehtiyac duyduğuna nəzər yetirək.
“Liverpul” – mərkəz hücumçusu, mərkəz müdafiəçisi
Premyer-liqanın çempionu yaya maksimal dərəcədə ambisiyalı başladı: artıq Florian Virts, Ceremi Frimponq və Miloş Kerkezin transferləri təsdiqlənib, bu üçünün keçidinə 200 milyon avrodan artıq pul xərclənib. Ancaq Arne Slotun komandası bununla kifayətlənmək istəmir: açıq-aydın bəyan olunur ki, satış dalğasından sonra hücumçu və mərkəz müdafiəçisi alınacaq.
Hücumçu mövqeyinə arzulanan əsas şəxs Aleksandr İsakdı. “Qırmızılar” isveçli hücumçuya görə hətta Virtslə müqayisədə daha artıq pul xərcləməyə hazırdı. Ancaq belə görünür ki, “Nyukasl” onu buraxmaq fikrində deyil. İsakla yanaşı, Ekitikenin də adı çəkilir. Hətta siyahıda Osimhen də var idi, ancaq o, “Qalatasaray”da qaldı. Müdafiənin mərkəzini gücləndirməyə əsas namizdə “Kristal Pelas”dan Mark Qehidi.
“Arsenal” – sol vinger, mərkəz hücumçusu
“Liverpul”un fonunda “Arsenal”ın yay keçidləri müəyyən mənada “dişsiz” görünür. “Topçular” öz tempinə sadiqdi, hələ ki meydanın dərinlikləri üçün transfer edir: Kepa Arrisabalaqa lə Kristian Nerqorun alınmasını “belə oyunçular da lazımdı” məntiqi ilə izah etmək olar. İyulun 6-da Martin Subimendinin keçidi təsdiqləndi, bununla da orta sahə ilə bağlı problem həll olundu.
Bundan sonra londonlular hücuma fokuslanacaq. Güclü bir forvard hava-su kimi lazımdı. Viktor Dyökereş və Benyamin Şeşko ilə bağlı şayiələr sürətlə bir-birini əvəz edir. Paralel şəkildə vinger axtarışı da gedir ki, Martinelli ilə rəqabət apara və ya braziliyalı satılarsa, onu əvəz edə bilsin. “Topçular” “Real”dan Rodriqonu arzulayır, ancaq “Kristal Pelas”dan Ebereçi Ezenin alınması daha real variantdı.
“Mançester Siti” – sağ cinah müdafiəçisi
“Siti” Şerki, Reynders və Ait-Nurini “rənglərinə bağlamaqla” yay transfer kampaniyasının əsas hissəsini klublarası dünya çempionatına qədər həyata keçirmişdi. Üstəlik 250 milyon avroluq (Marmuş, Niko Qonsales, Xusanov, Reys) qış bazarlığını da unutmayaq. İndi yalnız nöqtəvi transfer lazımdı ki, əsas prioritet sağ cinah müdafiəçisi mövqeyidi.
Qvardiola ideal namizəd kimi “Nyukasl”dan Tino Livramentonu seçib, ancaq “sağsağanlar”la danışıqlar hədsiz ağır gedir. “Siti”nin ehtiyac duyduğu oyunçu profili aydındı: sürətli, fiziki cəhətdən möhkəm cinah oyunçusu ki, həm hücuma yardım etsin, həm də müdafiədə boşluqlar buraxmasın. Gənc Kayl Uoker bu meyarlara tam uyğun gələrdi, ancaq indi bazarda belə oyunçu yoxdu.
“Çelsi” – ehtiyat sol müdafiəçi
Hər kəs indi bu sualı verir ki, bu qədər oyunçu “Çelsi”nin nəyinə lazımdı? “Çelsi” isə sanki “daha hansı oyunçuları alım” sualı üzərində düşünür. Joao Pedronun alınması, Ceymi Gittenslə sövdələşmənin gerçəkləşmək üzrə olması adama bu fikri təlqin edir. İndi hücum xəttindəki üç mövqe üçün Cekson, Delap, Neto, Madueke, Pedro, Corc və Estevao var, həmçinin Koul Palmeri də unutmayaq. KDÇ-dən sonra Gittens də komandaya qoşulmalıdı. Odu ki, hücum dolub-daşır.
Londonlulara yalnız Mark Kukurelyanın əvəzedicisi kimi ehtiyat sol müdafiəçi lazımdı. Onları “bazara çəkən” yeganə mövqe budu.
“Nyukasl” – sağ vinger, universal forvard
“Transfer pəncərəsi” “sağsağanlar” üçün hədsiz çətin alınır: onların hədəfləri rəqibləri seçir (Pedro “Çelsi”yə, Mbeumo MY-yə getdi), rəqiblər isə yüksək məbləğ qarşılığında belə oyunçularını satmaqdan imtina edirlər (“Nottingem Forest” Elanqanı 50 milyon funta buraxmadı). Bununla belə, bu şərtlər altında da ÇL üçün güclənmək vacibdi.
Gücləndiriləsi əsas mövqe sağ vingerdi. Qordon, İsak və keyfiyyətli üçüncü oyunçudan ibarət hücum xətti nəinki premyer-liqada, hətta Avropada da təhlükə saça bilər. “Nottingem”lə anlaşmaq mümkün olsa, Elanqa əla variantdı, ancaq PSV-dən Yoan Bakayoko kimi alternativ variant da nəzərdən keçirilir.
“Mançester Yunayted” – mərkəz hücumçusu, universal forvard
Heylunn ilə Zirkzenin son iki ildə transfer olunmasına baxmayaraq, mərkəz hücumçusu mövqeyinin güclənməsinə yenə də ehtiyac var. Dyökereş, Ekitike – bu oyunçular klubun “radarına düşüb”. Bir qədər az maraq doğuran variantlar da var: Moyze Kin, Jan-Filipp Mateta, Samu Aqehova.
O da aydındı ki, Ruben Amorim komandasında mümkün qədər çox universal futbolçu görmək istəyir, xüsusən də hücum xəttində. Məhz buna görə klubun növbəti transferi, yəqin ki, “Brentford”dan Brayan Mbeumo olacaq. O, lazım gələrsə, hücum xəttinin istənilən yerində oynaya bilər.
“Tottenhem” – universal vinger
Tomas Frank “sükan arxasına” keçəndən dərhal sonra rəhbərliyə Mbeumo uğrunda MY və “Nyukasl” ilə mübarizəyə qoşulmaq tapşırığını verdi. Ancaq bu mübarizə “mahmızlar” üçün uğursuz bitdi. Hər halda, onların axtardığı oyunçu profili aydındı. Xüsusən də Son Hın Minin qeyri-müəyyən gələcəyi fonunda. Ebereçi Eze, Məhəmməd Kudus, Antuan Semenyo – bütün bu oyunçuların formatı eynidi. Bunlardan biri “mahmızlar”ın heyətində görünəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 İyul 2025 01:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri