Premyer Liqa klubu bəyanət yaydı: Komandamızın maliyyə ilə bağlı heç bir problemi yoxdur
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Karvan-Yevlax" klubu bəyanat yayıb.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin mətbuat xidməti bəyanatda klubda maliyyə problemi olmadığı bildirilib:
"Misli Premyer Liqasının VI turunun “Neftçi” ilə oyununun hazırlığı davam edir. Oyunçular gün ərzində iki dəfə təşkil olunan məşq prosesində məşqçilərin verdiyi tapşırıqları yüksək səylə yerinə yetirirlər. Hazırlıq prosesi “Karvan-Yevlax”ın məşq bazasında baş tutur. Komandamızın maliyyə ilə bağlı heç bir problemi yoxdur. Klub üzvlərinin əmək haqqları ştat cədvəlinə uyğun olaraq sentyabrın 3-də rəhbərlik tərəfindən tam şəkildə ödənilib. Bununla yanaşı, “Qəbələ” ilə heç heçə və “Kəpəz” üzərində qazanılan qələbəyə görə rəhbərlik tərəfindən futbolçular, məşqçilər və inzibati heyətə mükafatlar da verilib. Azarkeşləri və futbol ictimaiyyətini dəqiqləşdirilməmiş, klubun imicinə zərər vuran, əsassız və yalan xəbərlərə etibar etməməyə çağırırıq. Bildirmək istəyirik ki, təlim-məşq toplanışı, transfer siyasəti, infrastruktur və digər layihələrlə bağlı bütün məlumatlar mütəmadi olaraq klubumuz tərəfindən ictimaiyyətə açıqlanır".
"Karvan-Yevlax" beş turdan sonra 4 xalla 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
Baxış sayı:58
Bu xəbər 24 Sentyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















