Premyer Liqa klubunda burundili hücumçu
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi burundili Abdallah Sudi ilə anlaşıb. Mərkəz hücumçusu ilə imzalanan müqavilənin müddəti 1 ildir.
O, müxtəlif illərdə “Vital O”, “Kiqali”, “Al-Faisaly”, “Muktijoddha”, “Əl-Naft”, “Kuçinq”, “Əl Əttihad”, PSİS klublarında çıxış edib. Futbolçu son mövsümü İndoneziyanın “Persijap” komandasında keçirib. Konqo Demokratik Respublikasının vətəndaşlığını da daşıyan forvard 2022-ci ildə Burundi millisinin 13 oyunda formasını geyinib və 3 qol vurub. Sudi artıq komanda ilə birgə məşqlərə başlayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Artur Auqusto Da Silva, Mara Mohamed, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
Baxış sayı:105
Bu xəbər 07 Sentyabr 2026 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















