Premyer Liqa klubunun qapı torları biabırçı durumdadır Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Misli Premyer Liqası klubu “İmişli”nin ev oyunlarını keçirdiyi Quba Olimpiya İdman Kompleksinin stadionundakı problemlər bitmir.
“Qafqazinfo” xəbər verir ki, arenanın ot örtüyü ilə yanaşı qapı torları da bərbad vəziyyətdədir.
Bu barədə 2-ci liqada mübarizə aparan “Quba” klubunun rəsmisi Ayaz Abdullayev paylaşım edib. O bildirib ki, mövsümün əvvəlində bununla bağlı “İmişli”yə müraciət etsə də, onlar məsələni gözardı ediblər. Stadionun torlarını yeniləmək əvəzinə iplə bir-birinə bağlayıblar:
“Kimin xətrinə dəyir dəysin, kim inciyir incisin. Amma ev oyunlarını oynadığın stadion sənə doğma olmalıdır. Ev sahibi olmalısan.. İnsan evinə bu qədər laqeyd olmamalıdır. Bizim büdcəmiz minlərlə dəfə aşağıdır, amma divarın rəngi pis duruma düşəndə belə biz həll etməyə çalışırıq. Bir az diqqət, bir az da yanaşma dəyişsin”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 Aprel 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















