Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Premyer Liqa: liderlər qrupunda vəziyyət dəyişəcək?

Premyer Liqa: liderlər qrupunda vəziyyət dəyişəcək?

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək. İlk oyun günündə “Araz-Naxçıvan” “İmişli”ni, “Zirə” isə “Neftçi”ni qəbul edəcək.

“Qarabağ”ın bu turdakı rəqibi autsayder “Kəpəz” olacaq. “Sumqayıt” “Turan Tovuz”un, “Sabah” isə “Karvan-Yevlax”ın müqavimətini qırmağa çalışacaq.

3 oktyabr, 17:00 Araz-Naxçıvan – İmişli

Turun açılış oyununda sürpriz nəticələri ilə adından söz etdirən “İmişli” “Araz-Naxçıvan”ın qonağı olacaq. Xorxe Kaskilyanın komandası kompakt müdafiəsi ilə seçilir. Əsas taktikası əks-hücumlarda fərqlənmək olan “İmişli” 6 turda cəmi 5 qol buraxıb. “Araz-Naxçıvan” isə enişdədir. Elmar Baxşıyevin yetirmələri “Qarabağ”a 0:5 hesablı məğlubiyyətdən sonra “Şamaxı”nın da müqavimətini qıra bilməyib. Komandada fərdi səhvlər əsas problemli məqamdır. Hücumda sürətli oyunçuları olan bölgə təmsilçisində topu irəli daşıyan tapılmır. Uzun ötürmələrlə qol cəhdləri edən naxçıvanlılar”İmişli”yə qarşı qələbəsizlik seriyasına son qoymağı hədəfləyir.

3 oktyabr, 19:30 Zirə – Neftçi

Turun mərkəzi oyununda məğlubiyyətsiz “Zirə” bu mövsüm uğursuz çıxışı ilə diqqətdə olan “Neftçi”ni qəbul edəcək. Rəşad Sadıqovun kollektivi intizamlı oyunu ilə seçilir. Bu mövsüm çempionatda məğlub olmayan yeganə kollektiv məhz “Zirə”dir. “Neftçi” isə qeyri-stabildir. “Sumqayıt”a səfərdə qalib gələndən sonra autsayderlərdən “Karvan-Yevlax”a qol vura bilməyən “ağ-qaralar”la bağlı ciddi narazılıqlar var. Artıq liderdən 5 xal geri düşən “Neftçi” bu turda qələbə qazanacağı halda, pillə irəliləyə, xal fərqini azalda bilər.

4 oktyabr, 17:00 Qarabağ – Kəpəz

Çempionlar Liqasında tarix yazan, ardıcıl iki qələbə ilə dünya mətbuatında adından söz etdirən “Qarabağ” liqada autsayder “Kəpəz”lə üz-üzə gələcək. Ağır “Kopenagen” matçından sonra Qurban Qurbanovun ehtiyat qüvvəyə şans verəcəyi gözlənilir. “Atlılar” o səviyyəyə çatıb ki, ikinci heyətlə belə çətinlik çəkmədən liqa oyunlarında üç xal qazana bilər.

“Kəpəz”də isə ikinci Azər Bağırov dönəmi bu oyunla rəsmən başlayır. Çempionatda qələbəsi olmayan yeganə kollektiv olan gəncəlilərin son çempion qarşısında da şansları azdır. Bağırov yeni dönəminə uğurlu start vermək niyyətindədir. “Qarabağ”la oyunda qazanılacaq bir xal qələbəyə bərabər olacaq.

4 oktyabr, 19:30 Sumqayıt – Turan Tovuz

“Sumqayıt” bu mövsüm yeganə məğlubiyyətini ev oyununda “Neftçi”yə qarşı yaşayıb. Saşa İliçin yetirmələri son turlarda xal itkiləri yaşayır və azarkeşləri önündə qələbə həsrətinə son qoymaq niyyətindədir. “Turan Tovuz”la bir xal fərqi olan “kimyaçılar” qələbə sayəsində turnir cədvəlini birinci pilləsinə yüksələ bilər. Ötən tur “Sabah”a qarşı yaxşı oyunu ilə seçilən “Sumqayıt” əks-hücumlarda daha təhlükəli olmağı bacarır. Sıx müdafiəsi ilə seçilən “Turan Tovuz”la matçda komandanın texnikalı oyunçuları üzərinə ciddi iş düşəcək.

“Turan Tovuz” ötən turda “Kəpəz”i məğlub edib və bu, komandanın gücü haqda ölçü ola bilməz. Eniş dönəmində olan rəqibə qarşı qazanılan qələbənin davamını “Sumqayıt”la matçda gətirmək önəmlidir.

5 oktyabr 15:00 Karvan-Yevlax – Sabah

“Neftçi”yə qarşı 90 dəqiqə müdafiə olunan və qapıçı Kamran İbrahimovun parladığı oyunda “Neftçi”dən bir xal qoparan “Karvan-Yevlax” bu mövsüm cəmi 1 qələbə qazanıb. Son turlarda eniş yaşayan Yevlax təmsilçisinin “Sabah” qarşısında da şansları azdır. Hücum potensialı aşağı olan, müdafiədə daha çox səhvlərə yol verən komandada problemlər aşkardır. “Neftçi”dən qazanılan bir xalı İbrahimova “borclu olan” klubun “Sabah” qarşısında da şansları azdır.

“Sabah” isə hələ Valdas Dambrauskasın oyun fəlsəfəsinə uyğunlaşa bilməyib. Xüsusilə hücumda komanda oyununa deyil, fərdi oyuna daha çox üstünlük verən “bayquşlar”da əsas problem bitiriciliklə bağlıdır. Rəqib cərimə meydançasında sürətli çoxalmağı bacaran “Sabah” qol vurmaqda çətinlik çəkir. Bəzən hücumçular “yarıtmır”, bəzə də son qərarlarda yanlışlıq müşahidə olunur. Çempionluğa namizədlər sırasında göstərilən “Sabah” liderlər qrupunda yer almaqçün ausayderlərə qarşıqələbə qazanmaq məcburiyyətindədir. Əks halda, belə matçlarda itirlən xallar daha sonra komanda üçün çətinlik yaradacaq.

5 oktyabr, 17:30 Qəbələ – Şamaxı 

Premyer Liqada cəmi bir qələbəsi olan, lakin sürətli futbolu ilə göz oxşayan “Qəbələ” bu turda “Şamaxı”nı evində qəbul edəcək. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv ötən turda 10 nəfərlə “Qarabağ”a qarşı layiqli mübarizə aparmağı bacardı. Gənc və təcrübəsiz heyəti olan “qırmızı-qaralar” “Şamaxı”ya çətin anlar yaşada bilər.

“Şamaxı” isə milliyə yeni baş məşqçi təyin edilən Ayxan Abbasovla stabil forma yaxalayıb. Sürətli hücumlara çıxmağı bacaran, müdafiədə inamlı çıxış edən “şirlər” üçün “Qəbələ” səfərində məğlub olmamaq əsas məqamdır. Abbasov milli ilə ikinci sınağına növbəti həftə çıxacaq və bu baxımdan əsas diqqətin orda ola biləcəyi də qaçılmazdır. Premyer Liqada mövsümün əvvəlidir və 6 turda toplanılan 6 xal komanda üçün qənaətbəxşdir.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri