Premyer Liqa: “Neftçi” 1000 ci oyununa çıxır, “Qarabağ” autsayderə qarşı
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura bu gün start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun ilk oyununda “Neftçi” səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq.
Hazırda turnir cədvəlində 12 xalla ikinci pillədə qərarlaşan “Neftçi”nin rəqibi 4 xalla səkkizinci sıradadır.
Qeyd edək ki, bu qarşılaşma “Neftçi”nin Azərbaycan çempionatları tarixində 1000-ci oyunu olacaq.
Günün ikinci matçında isə “Qarabağ” “Şəfa”nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 19:45-də başlayacaq.
Bir oyun az keçirən “Qarabağ” 10 xalla üçüncü, “Şəfa” isə 3 xalla 10-cu pillədə yer alır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 18 Sentyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















