Premyer Liqa nəhəngləri isveçli müdafiəçi ilə maraqlanır
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Borussiya"nın müdafiəçisi Daniel Svensson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" isveçli futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
"Qırmızı şeytanlar" Svensson üçün yaxın vaxtlarda hərəkətə keçməyi planlaşdırır. Almaniya klubu 24 yaşlı sol cinah müdafiəçisinə 35 milyon avro qiymət qoyub.
İngiltərənin "Arsenal", "Liverpul", İtaliyanın "Atalanta" klubu da oyunçu ilə maraqlanır.
Qeyd edək ki, "Borussiya" Daniel Svenssonu 2025-ci ilin fevralında "Norşellann"dan transfer edib. İsveç millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 14 May 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















