Premyer Liqa: Şamaxı Karvan Yevlax la, Qarabağ Sabah la üz üzə gələcək
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.
BAKU.WS xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"la üz-üzə gələcək. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. Qonaqlar 32 xalla 8-ci, meydan sahibləri 11 xalla sonuncu-12-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında çempionluğa iddialı komandalar, "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq. "Sabah" hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci sıradadır.
Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 18 Aprel 2026 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















