Premyer Liqa tarixində yeni rekord
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Çelsi"nin futbolçusu Koul Palmer Premyer Liqada daha bir rekorda imza atıb.
QOL.az xəbər verir ki, o, buna çempionatın 15-ci turunda "Tottenhem"lə matçda dubl etməklə nail olub. O, bu qollardan 1-ni penaltidən vurub.
22 yaşlı yarımmüdafiəçi ümumilikdə indiyədək Premyer Liqa matçlarında 12 dəfə penaltini yerinə yetirib. O, bütün şanslarını qola çevirərək 100 faizlik nəticə göstərib. Bu isə rekorddur.
Palmerdən əvvəl rekord Premyer Liqada 11 penaltini qola çevirən Yaya Tureyə məxsus idi.
Qeyd edək ki, Palmer ötən gecə daha bir rekorda imza atıb. Futbolçu 2024-cü ildə İngiltərə Premyer Liqasında 25 qol vurub və 13 qol ötürməsi edib. Nəticədə Palmer "Çelsi"nin tarixində 1 il ərzində ən çox məhsuldar hərəkət edən futbolçu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















