Premyer Liqa: Tura liderin oyunu ilə yekun vurulur
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 10 mart, AZƏRTAC
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXIII tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək. Lider “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edəcək. Saat 19:15-də start götürəcək matçın baş hakimi İnqilab Məmmədov olacaq.
Hazırda “Sabah” 53 xalla turnir cədvəlinə başçılıq edir. 17 xalı olan “Kəpəz” isə 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “İmişli” ilə qolsuz, “Karvan-Yevlax” “Sumqayıt”la 1:1, “Zirə” “Kəpəz”lə 2:2 hesablı heç-heçə edib, “Qarabağ” “Araz-Naxçıvan”ı 6, “Turan Tovuz” isə “Neftçi”ni 1 cavabsız qolla üstələyib.
Bu mövzuda digər xəbərlər:Premyer Liqada tura yekun vurulur YENİLƏNİR
07 Aprel 2025 08:25
Baxış sayı:148
Bu xəbər 10 Mart 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















