Premyer Liqa: “Turan Tovuz” “Araz Naxçıvan”a uduzdu
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, günün ikinci matçında “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1
Qonaqların heyətində 38-ci dəqiqədə Şarl Boli, 52-ci dəqiqədə Ba-Muaka Simakala fərqlənib. Tovuz klubunda isə Alexandro Serrano 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
“Araz-Naxçıvan” xallarının sayını 4-ə çatdırıb. “Turan Tovuz” isə 3 xalda qalıb.
Günün ilk görüşündə “Sabah” səfərdə “Şamaxı”nı üstələyib - 2:1.
Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də “Qəbələ” - “Zirə” matçı ilə yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 24 Avqust 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















