Premyer Liqa: “Turan Tovuz“ “Qəbələ“ görüşündə qapılara beş qol vuruldu
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasında XXV tura yekun vurulub.
Moderator.az xəbər verir ki, turun son oyununda avrokuboklara iddialı olan "Turan Tovuz" "Qəbələ"ni qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç qərb təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib.
"Turan Tovuz"un heyətində Hayderson Urtado (3, 49) və Joarlem Santos (59) fərqləniblər. Qonaq komandada Eşqin Əhmədov (27) dəqiq zərbə müəllifi olub, Roderik Miller isə tovuzluların heyətində (90+7) avtoqol müəllifi olub.
Bu turdan sonra "Turan Tovuz" 48 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 16 xala malik "Qəbələ" isə on birinci yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Şamaxı"nı (1:0), "Zirə" "Karvan-Yevlax"ı (1:0), "Sabah" "Sumqayıt"ı (3:1), "Kəpəz" "Qarabağ"ı (1:0), "Neftçi" isə "İmişli"ni (6:0) məğlub edib.
09:00
Bu gün Misli Premyer Liqasında XXV tura yekun vurulur.
Moderator.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Turan Tovuz" - "Qəbələ"ni qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.
Misli Premyer Liqası
XXV tur
21 mart
16:00. "Turan Tovuz" - "Qəbələ"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev
VAR: Əliyar Ağayev
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 Mart 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















