Premyer Liqa: “Turan Tovuz” “Şəfa”nı məğlub etdi
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Premyer Liqasının VII turuna yekun vurulub.
Turun son görüşündə "Turan Tovuz” və "Şəfa” komandaları qarşılaşıb.
"SOCAR Polymer Arena”da baş tutan görüş Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Əli Əliyevin idarə etdiyi qarşılaşmada yeganə qolu Dieqo Bala vurub.
Bu nəticədən sonra Kurban Berdıyevin komandası 14 xalla turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. Zaur Həşimovun kollektivi isə 3 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu gün baş tutan digər qarşılaşmada "Qarabağ” səfərdə "İmişli”ni 2:0 hesabı ilə məğlub edib. Daha əvvəlki görüşlərdə "Kəpəz” "Araz-Naxçıvan”ı (2:0), "Sumqayıt” isə "Qəbələ”ni (4:1) məğlub edib. "Neftçi” – "Sabah” matçı qolsuz bərabərliklə başa çatıb. "Zirə” – "Şamaxı” görüşündə isə 1:1 hesablı heç-heçə qeydə alınıb.
///teleqraf////
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 11 Oktyabr 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















