Icma.az
close
up
RU
Premyer Liqa: XV turda daha iki görüş baş tutacaq

Premyer Liqa: XV turda daha iki görüş baş tutacaq

Misli Premyer Liqasının XV turunda bu gün daha iki görüş baş tutacaq.

Oxu.Az xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Kəpəz"lə qarşılaşacaq.

Şamaxı şəhər stadionunda keçiriləcək matç 14:30-da başlayacaq. Görüşü İnqilab Məmmədov idarə edəcək. "Şamaxı" hazırda 13 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. 7 xala malik Gəncə təmsilçisi isə sonuncu - 10-cu yerdədir.

Günün digər görüşü Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Rəşad Əhmədovun idarə edəcəyi "Zirə" - "Sumqayıt" qarşılaşmasına saat 17:00-da start veriləcək.

"Zirə" turnir cədvəlində 20 xalla beşinci, "Sumqayıt" isə 16 xalla altıncı yerdədir.

Misli Premyer Liqası

II dövrə, XV tur

30 noyabr

14:30. "Şamaxı" - "Kəpəz"

Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov.

Şamaxı şəhər stadionu

17:00. "Zirə" - "Sumqayıt"

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, XV turun ötən gün keçirilən oyunlarında "Araz-Naxçıvan" evdə "Turan Tovuzu", "Sabah" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Tura sabah "Neftçi" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri