Premyer Liqa yolu açıldı, rəhbərlik gözlənilən qərarı verdi
Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Premyer Liqaya vəsiqəni təmin edən “Karvan” klubu stadionda təmir-bərpa işlərinə hazırlaşır. Növbəti mövsüm elitada mübarizə aparacaq bölgə klubu rəqiblərini doğma meydanda qəbul etmək istəyir.
Bu səbəbdən də “Karvan” rəhbərliyi stadionun meydançasını ən qısa vaxtda hazır vəziyyətə gətirmək niyyətindədi. Arenada çalışmaların çempionatın son ev oyunu – mayın 14-də “Qaradağ Lökbatan” matçından sonra başlaması nəzərdə tutulub. Artıq stadiona mütəxəssislər dəvət olunub və fikir alış-verişi edilib.
Arenanın meydançası böyük ehtimalla süni ot örtüyü olacaq. Qısa zaman ərzində meydançaya təbii ot örtüyünün salınması mümkün görünmür. Çünki bu, həm yüksək vəsait, həm də uzun zaman tələb edir.
Buna görə də klub rəhbərliyi AFFA-nın verdiyi bir illik möhlətdən də yararlanaraq, süni örtüklə stadionunun əsas problemini tez bir zamanda aradan qaldırmaq istəyir.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Aprel 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















