Icma.az
close
up
RU
“Premyer Liqada komanda sayının artırılmasına sevinmədim” Rəşad Sadıqov

“Premyer Liqada komanda sayının artırılmasına sevinmədim” Rəşad Sadıqov

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqada klub sayının artırılmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “CBC Sport”un “90 dəqiqə” verilişində danışarkən bunları söyləyib:

“Premyer Liqada komanda sayının artırılmasına sevinmədim. Bunun da öz səbəbləri var. Çempionatımız indi-indi oturuşmuşdu. Artıq iki ildir ki, çox güclü rəqabət gedir çempionatımızda. Avrokuboklarda biz bunu hiss edirik. Biz “Zirə” olaraq keçən il o rəqabətli çempionatdan çıxmasaydıq, avrokubokda mübarizə apara bilməzdik. İki il qabaqki “Zirə” ilə, bu il yaydakı “Zirə” arasında fərq var idi. Onun səbəbi çempionatın rəqabəti idi. Mən fikirləşirəm ki, ilk növbədə klubların stadionları, infrastrukturuna əl gəzdirilməlidir. “Neftçi”də, “Sabah”da, “Qarabağ”da, “Sumqayıt”da bu yaxşı səviyyədədir. Bu gün bizim 4 komandamız süni ot örtüyündə oynayır və süni ot örtüklərinin vəziyyəti bərbad vəziyyətdədir. Mən bunu hansısa klublarımızı tənqid etmək niyyəti ilə danışmıram. Tutaq ki, bu gün “Turan Tovuz”un rəhbəri mənəm və yaxud məşqçisi mənəm, fərqi yoxdur. Onlar da bizim doğmalarımızdır.

Dünənki futbol, “Turan Tovuz”la “Araz-Naxçıvan” arasında baş tutan oyun əgər Tofiq Bəhramov adına respublika stadionunda, “Neftçi Arena”da, “Dalğa Arena”da olsaydı, tam fərqli futbolun şahidi olacağdıq. Sürətli, texnikalı, daha maraqlı futbolun şahidi olacağdıq. Amma dünən meydança hər iki tərəfə imkan vermirdi ki, texnikalı futbol nümayiş etdirilsin. Bu gün biz o problemi “Səbail”in stadionunda, “Şamaxı”nın stadionunda da yaşayırıq. Bir tərəfdən stadionlarla bağlı məsələ, digər tərəfdən oyun sayı oturmuşdu. İndi 12 komandalı çempionat necə olacaq? 3 dövrəli olsa, oyun sayı azalacaq, pley-off variantı da o qədər effekt verməyəcək, xüsusilə ikinci altılıqda effektli olmayacaq. Narahatam ki, çempionatın effekti aşağı düşər. Təbii olaraq, ən sevindirici atılan addımlardan biri komanda sayının artırılmasıdır. Amma dediyim məsələlər var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Fevral 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri