Icma.az
close
up
RU
Premyer Liqada “Qarabağ”la çempionluq mübarizəsi aparacaq komanda yoxdur

Premyer Liqada “Qarabağ”la çempionluq mübarizəsi aparacaq komanda yoxdur

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Çempionat başlayanda bilinirdi ki, bu mövsümün də çempionu “Qarabağ”dır. Bu komanda ölkə çempionatında bütün komandalardan güclüdür. Komandamız Avropa Liqasında da pis çıxış etmir. Daha yaxşı çıxış etmək üçün transferlərə ehtiyac var. İnanırıq ki, gələn il avrokuboklarda “Qarabağ”ın uğurlarını görəcəyik".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın sabiq hücumçusu Samir Musayev deyib.

Ağdam təmsilçisinin veteran hücumçusu Avropa Liqasının növbəti iki görüşündə FKSB və “Olimpiakos”la qarşılaşacaq “Qarabağ”ın qələbə qazanmaq şanslarının yüksək olduğunu bildirib: "Əlbəttə ki, “Qarabağ” bu görüşlərdə qələbə qazanacaq. Biz buna çox inanırıq. Çünki “Qarabağ” rəqiblərindən üstün futbol sərgiləyir. Daxili çempionatda da komandamız öz yolu ilə gedir. Məncə, Premyer Liqada “Qarabağ”la çempionluq mübarizəsi aparacaq komanda yoxdur. Bunu bütün komandalar bilir. Üstəlik, nəzərə alaq ki, “Qarabağ” həm çempionatda, həm də avrokuboklarda oyunlara çıxır. Ancaq yenə də onunla mübarizə aparacaq komanda yoxdur".

Musayevin fikrincə, yeni sezon legioner limiti ləğv edilərsə, yerli oyunçular üçün sıxıntı olacaq: “Limitin ləğv edilməsinə görə sıxıntı olacaq. Yerli futbolçular bir az daha çalışmalı olacaqlar. Çünki rəqabət artacaq. Amma əgər komandalar mənasız legioner gətirib, oynadacaqsa, o zaman yerli futbolçular demək olar ki, məhv olacaq. Yerli futbolçuları itirməmək üçün Birinci Liqanın da səviyyəsi qalxmalıdır".

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sportal.az
archiveBu xəbər 29 Dekabr 2024 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri