Icma.az
close
up
RU
Premyer Liqada qış transfer pəncərəsi : Klublarımız heyətlərini necə gücləndiriblər?

Premyer Liqada qış transfer pəncərəsi : Klublarımız heyətlərini necə gücləndiriblər?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bu həftə Azərbaycan futbolunda qış transfer pəncərəsi bağlanıb. Premyer Liqa təmsilçilərinin əksəriyyəti heyətinə yeni oyunçular cəlb ediblər. Yalnız "Zirə" transfer reallaşdırmayıb. "Pəncərə"nin ən aktivi "Şamaxı" olub. "Şirlər" həm ən çox oyunçu cəlb edib, həm də "Sumqayıt" və "Kəpəz"lə birgə ən çox futbolçu ilə yolları ayırıblar.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Juninyo getdi, Kadi qayıtdı

Azərbaycanda qış transfer pəncərəsinin əsas hadisəsi Juninyonun "Qarabağ"ı tərk etməsi oldu. Braziliyalı ölkəsinə qayıtdı. "Sambaçı" Ağdam klubunu "Flamenqo"ya dəyişdi. "Qarabağ" bu satışdan beş milyon avroya yaxın vəsait qazandı ki, bu da ölkə futbolunda rekordun təkrarı kimi tarixə düşdü.

Son çempionun transfer fəaliyyəti ilə bağlı ikinci əhəmiyyətli məqam Kadi Borgesin qayıdışı oldu. Daha əvvəl 2021-2023-cü illərdə "atlılar"ın formasını geyinmiş braziliyalı Macarıstanın "Ferentsvaroş" klubundan geri döndü. Beş milyon avroya "Krasnodar"a satılmış vinger üçün "Qarabağ" xərcə düşmədi. Lakin klub onun müqabilində Macarıstan təmsilçisinə yarımmüdafiəçi Julio Romaonu göndərdi. Riçard Almeyda ilə də yollar ayrıldı. Uzun illər komandanın formasını geyinmiş orta xətt oyunçusu ilə müqaviləyə xitam verildi. Ümumən, transfer pəncərəsindən "Qarabağ"ın güclənərək çıxdığını demək olmaz. Ancaq klub Juninyonun satışından maddi cəhətdən irəli düşüb. Kadi isə qayıdışından sonra ilk oyununda qolunu vurmaq və məhsuldar ötürmə etməklə qaldığı yerdən davam edə biləcəyini göstərdi.

Susqun iddialılar və fərqlənən "Turan Tovuz"

Mükafatlar uğrunda mübarizə aparan klublar qış transfer pəncərəsini nisbətən sakit keçiriblər. Hazırda ikinci pillədə qərarlaşan "Araz-Naxçıvan" yalnız son gündə Ayyub Allaşı heyətinə qatıb. Baş məşqçi Elmar Baxşıyevə "Qəbələ"dən tanış olan yarımmüdafiəçi Moldova "Şerif"indən gətirilib.

"Zirə", ümumiyyətlə, heç bir keçid həyata keçirməyib. Əvəzində Abbas İbrahimlə yollar ayrılıb. Paytaxt təmsilçisi Salifu Suma və İssa Cibrilla ilə müqaviləni yeniləyib. Gənc və istedadlı Suma ilə sözləşmənin uzadılması müsbət məqam kimi xarakterizə olunur. Son xəbərlərə görə, qvineyalı vingerə ölkə xaricindən ciddi təkliflər var. Hətta Ukraynanın "Dinamo" (Kiyev) klubunun onun üçün beş milyon avro ödəməyə hazır olduğu bildirilir.

"Sabah" "nöqtə transferlər" həyata keçirməyə çalışıb. "Futuristlər" qapı xəttindəki problemi Qazaxıstan millisinin qolkiperi Stas Pokatilovun sayəsində yoluna qoymağa çalışıb. Yarımmüdafiəyə isə özbəkistanlı Umarali Raxmonaliyev cəlb olunub. O, "Neftçi"yə satılan Elvin Camalovun yoxluğunu unutdurmağa çalışacaq.

Üst pillələrə iddialılar arasında fərqlənən "Turan Tovuz" olub. Qərb təmsilçisi hücumçusu Oto Conu Liviyanın "Əl-Mədinə" klubuna satıb. Məlumata görə, bu keçid "Turan Tovuz"a 200 min avro qazandırıb. Əvəzində müxtəlif mövqelərə - müdafiədən hücuma qədər bir neçə transfer həyata keçirilib. Anton Kraçkovski, Rəhim Sadıxov, Orxan Əliyev, Kauan Martins De Paula, Joarlem Batista Santos və Hayderson Hurtado Palomino "Turan Tovuz"u gücləndirməyə çalışacaqlar.

Yenilənən "Neftçi"

Qışın ən fəal klublarından biri "Neftçi" olub. "Ağ-qaralar" Mark Tamaş və Kilan Lebon kimi baş məşqçi Samir Abbasovun planlarına daxil olmayan futbolçularla yollarını ayırıb. Yarımmüdafiəyə "Sabah"dan Azərbaycan millisinin üzvü Elvin Camalov və klub tarixində ikinci yaponiyalı Ryonosuke Ohori transfer edilib. Bassala Sambu və Aleks Fernandes isə "Neftçi"nin hücum xəttini gücləndirməlidirlər.

Yeni keçidlərdən sonra komandanın oyununda dəyişiklik hiss edilir. Düzdür, bunu tam olaraq transferlərlə əlaqələndirmək düzgün olmazdı. Ümumən, komandanın oyun üslubunda və nəticələrində irəliləyiş sezilir. Son üç oyunda qələbə qazanan "ağ-qaralar" ölkə kubokunda yarımfinala çox yaxındır, çempionatda bir çox məqsəd üçün gec olsa da, komanda vəziyyətini nisbətən yaxşılaşdırıb.

Alt sıralarda gərgin rəqabət

"Sumqayıt", "Şamaxı", "Kəpəz" və "Səbail" qış fasiləsində canfəşanlıq göstəriblər. Son zamanlar enişdə olan sumqayıtlılar dörd futbolçu ilə yolları ayırıb ki, onlardan ikisi - Cordan Rezabala və Rəhim Sadıxov əsas heyət üzvləri idi. Əvəzində Momo Yansane və Ronaldo Junior cəlb edilibdi. Lakin hələlik nəticələrdə irəliləyiş yoxdur.

"Şamaxı" gedən beş futbolçunun əvəzinə yeddi oyunçu cəlb edib. Fasilədən öncə oyun alqı-satqısına görə komandadan uzaqlaşdırılanların olduğunu da nəzərə alsaq, belə aktivlik gözlənilən idi. Yeddi yeni futbolçudan dördü legionerdir. Bolqarıstan "Arda"sında çıxış edən milli komandamızın üzvü Cəlal Hüseynovun qayıdışı xüsusi vurğulanmalıdır. O, müdafiə xəttindəki problemlərə çarə olmaq üçün gətirilib.

"Kəpəz" və "Səbail" isə liqada qalmaq uğrunda mübarizədə əsas rəqiblərdir. Gəncə klubu üçü legioner olmaqla dörd yeni futbolçu ilə gücləndi. Üç əcnəbi və üç yerli oyunçu isə yola salınıb. "Səbail" nisbətən az dəyişikliyə gedib. Bir müddətdir klubsuz olan Mirabdulla Abbasov və iki legioner transferi həyata keçirən bakılılar iki oyunçu ilə də yolları ayırdılar.

Qış fasiləsində transfer həyata keçirməyin çətin olduğu nəzərə alınsa, klublarımızın aktivliyini yüksək saymaq olar. Premyer Liqa təmsilçiləri çempionatın həlledici mərhələsindən öncə hədəflərini reallaşdırmaq üçün bütün resurslarından istifadə etdilər. Effektivlik mayın sonunda bəlli olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Fevral 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see173

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see140

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see126

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see123

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri