Premyer Liqada transfer rekordu yeniləndi
Fanat saytına istinadən Icma.az xəbər verir.
İngiltərə Premyer Liqası klubları yay transfer pəncərəsində xərcləmə rekordunu yeniləyib.
Fanat.Az xəbər verir ki, 20 klub transferlərə ümumilikdə 3,46 milyard funt sterlinq xərcləyib.
İnformasiyanı "Reuters" yayıb.
Bununla da ötən mövsüm qeydə alınan rekord göstərici geridə qalıb.
Transfer pəncərəsinin son günündə də bir sıra böyük məbləğli keçidlər reallaşıb. “Mançester Siti” “Çelsi”nin argentinalı yarımmüdafiəçisi Entso Fernandesi 125 milyon funt sterlinqə heyətinə qatıb.
Bundan başqa, “şəhərlilər" “Nottingem Forest”dən Elliot Anderson üçün 116 milyon, “Çelsi” Morqan Rocers üçün “Aston Villa”ya 117 milyon, “Liverpul” isə Bredli Barkola üçün PSJ-yə ilkin olaraq 107 milyon funt sterlinq ödəyib.
Beləliklə, Premyer Liqa klublarının transfer xərcləri tarixdə ilk dəfə 3,4 milyard funt sterlinqi ötüb.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 02 Sentyabr 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















