Premyer Liqanı II Liqaya dəyişdi yüksək maaş üçün
Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.
Premyer Liqaya vəsiqə qazanan “Karvan” klubunun hücumçusu komandadan ayrılıb.
İdmanxeber.az-a verilən məlumata görə, söhbət Bəhruz Teymurovdan gedir. O, Yevlax təmsilçisi ilə yollarını ayırıb. Hücumçu II Liqa klubu “Xankəndi” ilə müqavilə imzalayıb.
“Karvan” Teymoruvu heyətdə saxlamaq istəsə də, oyunçu Qarabağ klubunu seçib. Buna səbəb Xankəndi təmsilçisinin daha yüksək maaş təklif etməsi olub.
“Karvan” 31 yaşlı hücumçuya aylıq 2500, “Xankəndi” isə 3500 manat maaş önərib. Teymurov da bu səbəbdən II Liqa klubu ilə anlaşıb.
Xatırladaq ki, təcrübəli oyunçu ötən mövsüm “Karvan” forması ilə I Liqada 13 qol vurub.
Bu mövzuda digər xəbərlər:Premyer Liqanı La Liqaya dəyişdi
23 Avqust 2025 11:56
Premyer Liqanı La Liqaya dəyişə bilər
26 Mart 2025 16:25
Premyer Liqanı Əvəzedicilər liqasına dəyişdi
11 Sentyabr 2025 14:11
Premyer Liqanı A Seriyasına dəyişdi
21 Yanvar 2025 12:11
Premyer Liqanı MLS ə dəyişdi
01 Fevral 2025 13:57
Baxış sayı:142
Bu xəbər 13 İyun 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















