Icma.az
close
up
RU
Premyer Liqanın açılış oyununda irqçilik qalmaqalı! İstintaq başladı

Premyer Liqanın açılış oyununda irqçilik qalmaqalı! İstintaq başladı

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Premyer Liqasının mövsüm açılışında keçirilən "Liverpul" - "Bornmut" matçında qonaq komandanın 25 yaşlı qanalı futbolçusu Antuan Semenyo, "Liverpul"u dəstəkləyən azarkeşin irqçi sözlərinə məruz qalıb. İrqçi hücumu edən 47 yaşlı şəxs "Enfild" stadionundan çıxarılıb və barəsində istintaq başladılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində "Bornmut"un sağ cinah oyunçusu Semenyoya bir "Liverpul" azarkeşi tərəfindən irqçi ifadələr səsləndirilib. Buna görə hakim Antoni Teylor oyunu bir müddət dayandırıb.

Semenyo sosial media platformasında etdiyi paylaşımda, ona dəstək verən hər kəsə təşəkkürünü bildirib:

"Enfildəki həmin gecə bir şəxsin sözləri ilə deyil, bütün futbol ailəsinin bir arada dayanması ilə yaddaşımda həmişəlik qalacaq. Məni dəstəkləyən komanda yoldaşlarıma, əsl xarakterlərini göstərən 'Liverpul' oyunçularına və azarkeşlərinə, peşəkar davranan Premyer Liqa rəsmilərinə təşəkkür edirəm."

"Liverpul"un 4-2 qalib gəldiyi oyunda komandasının iki qoluna imza atan qanalı futbolçu əlavə edib:
"Futbol ən önəmli anlarda ən yaxşı tərəfini göstərir. O iki qolu vurmaq - meydanda həqiqətən vacib olan tək dili danışmaq idi. Mən bu oyun üçün oynayıram - belə anlar üçün, komanda yoldaşlarım üçün, bu gözəl oyunun nəyə çevrilə biləcəyinə inanan hər kəs üçün. Futbol dünyasının dörd bir yanından gələn dəstək mesajları mənə bu idmanı niyə sevdiyimi xatırladır. Birlikdə irəliləməyə davam edirik."

Premyer Liqa və "Liverpul" açıqlama edərək Semenyonun yanında olduqlarını və yaşanan hadisəni qınadıqlarını bildiriblər.

"Bornmut" da irqçiliyə məruz qalan futbolçusu Semenyo üçün paylaşım edərək belə yazıb:
"Çox yaxşı futbolçu, amma hər şeydən əvvəl çox yaxşı bir insandır. Bu şəraitdə yalnız bu qədər güclü xarakter bu cür dözümlü ola bilərdi. Səni sevirik və sənin yanındayıq, Antuan."
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Avqust 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see137

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see135

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see134

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri