Premyer liqanın debütantı Beşiktaş ın yetirməsini transfer etmək istəyir
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
''Beşiktaş''ın gənc ulduzu Semih Kılıçsoya İngiltərə klublarının marağı davam edir.
''Football-plus.az'' xəbər verir ki, İstanbul nəhənginin öz yetirməsi olan Semih indi də ''Lids''in maraq dairəsinə düşüb. ''Lids'' çempionşipdə çempion olaraq gələn mövsüm premyer-liqada oynamağa haqq qazanıb.
Elitada yerini qoruya bilməyən bu mövsümkü debütantlar - ''İpsviç'', ''Lester'' və ''Sauthempton''un aqibətini yaşamamaq üçün ''Lids'' heyətini əhəmiyyətli dərəcədə gücləndirmək istəyir. Baş məşqçi Daniel Farkenin komandasında görmək istədiyi isimlərdən biri məhz Semihdi. ''Lids'' 20 yaşlı bu futbolçuya maraq göstərən 3-cü İngiltərə klubudu.
Qış transfer dönəmində ''Aston Villa'' və ''Nyukasl'' da istedadlı futbolçu ilə maraqlanmışdı. Həmin vaxt ''ağ-qaralar'' Kılıçsoyu satmaq istəməmişdilər. Amma Türkiyə mətbuatının yazdığına inansaq, bu ayrılıq bu yay baş tuta bilər. Hər şey ''Lids''in təklifindən asılı olacaq. İddialara görə ''Beşiktaş'' Semihi 15 milyon avroya satmağa hazırdı. ''Lids'' Kılıçsoya gələcəyə yönəlmiş bir sərmayə kimi baxır. Semih bu mövsüm 43 rəsmi oyunda aktivinə yalnız 4 qol, 3 məhsuldar ötürmə yazsa da, onun start heyətində cəmi 19 oyun keçirdiyini unutmayaq.
Ümumilikdə ''Beşiktaş''ın əsas komandasında indiyə qədər 75 qarşılaşmada 16 qol, 9 məhsuldar ötürməlik performans ortaya qoyan forvard Türkiyə yığmasında isə 4 oyun keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 14 May 2025 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















