Premyer Liqanın ən yaxşı qapıçısının adı açıqlandı
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniya millisinin və London “Arsenal”ının qapıçısı David Raya bu mövsüm İngiltərə Premyer Liqasının ən yaxşı qapıçısıdır.
Fanat.Az xəbər verir ki, bu barədə "WhoScored" statistik portalı məlumat yayıb.
29 yaşlı qolkiperi "topçular"ın qapısına 95 zərbədən 71-ni qaytarıb. Beləliklə, onun uğurlu seyvlər faizi 74,7 faizdir.
Eyni zamanda, "quru" matçların sayına görə, David Raya 11 matçla reytinqdə ikinci yerdədir. Bu göstəricidə lider "Nottingem Forest"in 33 yaşlı belçikalı qapıçısı Matz Selsdir - 12 matç.
Bu mövsüm David Raya bütün turnirlərdə 42 matça çıxaraq bunların 16-da qapısını toxunulmaz saxlayıb.
Xatırladaq ki, “Arsenal” hazırda Premyer Liqanın turnir cədvəlində 29 oyundan 58 xalla ikinci pillədə qərarlaşıb. Hazırkı lider isə "Liverpul"dur (70 xal).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 20 Mart 2025 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















