Icma.az
close
up
RU
Premyer Liqanın kobudları və ya “Sabah”la “Kəpəz”in fərqi ARAŞDIRMA

Premyer Liqanın kobudları və ya “Sabah”la “Kəpəz”in fərqi ARAŞDIRMA

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqasının komandaları və ayrı-ayrılıqda futbolçuları bir sıra oyun göstəriciləri ilə yanaşı kobud oyunlarına görə də fərqlənirlər.

İdman.biz bu mövsüm ölkə çempionatının follarının statistikasını nəzərdən keçirib.

Premyer Liqanın ən çox fol edən komandası “Araz-Naxçıvan”dır. Naxçıvan təmsilçisi hər oyunda orta hesabla 16,6 dəfə qaydaları pozur. Bu komanda ilə yanaşı, “Sabah” da digərlərindən kobud oyuna görə çox fərqlənir. “Bayquşlar”da bu göstərici 15,8-dir. Onlardan xeyli aşağı rəqəmlərə malik “Zirə” (13,9), “Neftçi” (13,7) və “Sumqayıt” (13,6) kobud “beşliy”ə daxildirlər. Daha sonra “Səbail”in (13) ardından 12,6 orta göstərici ilə “Qarabağ” və “Turan Tovuz” gəlir. Çempionatın bu baxımdan ən intizamlı komandaları “Şamaxı” və “Kəpəz”dir.

Fərdi göstəricilərə gəldikdə, Pavol Şafranko (“Sabah”) 45 qayda pozuntusu ilə ön sırada gedir. Vanderson Melo (“Araz-Naxçıvan”) və Belajdi Pusi (“Şamaxı”) 43, Felipe Santos (“Araz-Naxçıvan”) 42 dəfə fol ediblər. İlk “beşlik”də Naxçıvan klubunun 3-cü oyunçusu Ürfan Abbasov yerli futbolçuların ən kobududur (40 fol).

Çempionatın lideri “Qarabağ”ın ən kobud futbolçusu Julio Romao 27 folla ümumi siyahıda yalnız 27-cidir. Artıq klubu tərk etmiş braziliyalını bu baxımdan ötməyə ən real namizəd komanda yoldaşı 26 follu Yassin Benziadır.

Çempionatda ən çox fola məruz qalan isə artıq “Sumqayıt”la vidalaşan Cordan Rezabaladır. Ekvadorlu futbolçunu 57 dəfə qaydalardan kənar dayandırıblar. “Kəpəz”in formasını geyinmiş Viktor Braqaya qarşı 50 dəfə fol ediblər. Kristian (“Turan Tovuz”) və Giorgi Kantaria (“Şamaxı”) 45 dəfə kobudluqla üzləşiblər. Yerli futbolçulardan ən çox kobudluqla qarşılaşan ümumi siyahıda ilk “altılıq”da olan Rüfət Abdullazadə (“Səbail”, 42) və Emin Mahmudovdur (“Neftçi”, 40).

İlk “20-lik”də “Zirə”nin futbolçusu yoxdur. Qəsəbə klubunun rəqib kobudluğundan ən çox əziyyət çəkən oyunçusu 31 dəfə fola məruz qalaraq siyahıda 22-ci olan Ceyhun Nuriyevdir.

Cari mövsüm bütün Avrokubok yarışları üzrə ən çox fola məruz qalmış futbolçu Marko Yankoviçi (“Qarabağ”) ölkə çempionatında rəqibləri nisbətən az incidir. Əgər qitə yarışında o, 8 oyuna 33 dəfə kobudluqla üzləşərək avrokubokların siyahısında birinci yeri hələ də əlində saxlayırsa, Misli Premyer Liqasında 13 oyunda 31 dəfə qaydalardan kənar dayandırılmaqla ilk “20-liyi” qapayır.

Vüqar Məmmədov
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Fevral 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see195

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see194

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see180

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see156

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see139

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see138

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see132

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see129

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see125

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see119

Yeməkdən dərhal sonra çay içmək olmaz Yan təsiri var

01 Dekabr 2025 09:52see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri