Premyer Liqanın XIX turunda Kəpəz Turan Tovuz u məğlub edib
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasının XIX turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib.
"Report" xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Gəncə klubunun qələbəsi ilə yekunlaşıb - 5:2.
Azər Bağırovun rəhbərlik etdiyi kollektivdən Turan Manafov dubl (17, 57) müəllifi olub. Digər qolları Yeqor Xvalko (42) və Mahamadu Ba (75) və Karim Lkoça (90+2) rəqib qapısından keçirib.
Kurban Berdıyevin baş məşqçisi olduğu "Turan Tovuz"dan isə Kristian da Silva (4) və Rəhim Sadıxov (34) fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Kəpəz" turnir cədvəlində 9-cu pilləyə yüksəlib. "Turan Tovuz" isə 32 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, XIX turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" "Araz-Naxçıvan"ı 1:0, "Səbail" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 19 Yanvar 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















