Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Premyer Liqaya çıxmaq üçün 2 il nəzərdə tutulub ASTAnın prezidenti

Premyer Liqaya çıxmaq üçün 2 il nəzərdə tutulub ASTAnın prezidenti

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Bu gün 1-ci Liqada mübarizə aparan “Mingəçevir” klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayan ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov jurnalistlərin suallarını cavablandırıb. QOL.az xəbər verir ki, o, əvvəlcə yaxın və gələcək planlardan söz açıb:

- Ən yaxın perspektivdə qarşıda hansı planlarınız var?

- Hazırda 1-ci liiqada sonuncu pillədəyik. Çalışırıq ki, əvvəlcə bu liqada qalaq. Gücümüzü buna sərf etmişik. Ondan sonra inkişaf üçün yeni baza yaratmaq, meydançaları bərpa etmək, əlavə 3 meydança yaratmaq fikrimiz var. Akademiyamızın olmasını istəyirik. Eləcə də İspaniyanın “Marset” akademiyasının 9-12 yaşlılarının təlim kurslarının Mingəçevirdə keçirilməsini planlaşdırırıq. Mingəçevirdə hər il 4 və ya 6 toplanış keçirmək istəyirik. Bu toplanışlar təkcə “Mingəçevir” klubuna yox, bütün Azərbaycana aiddir. Bu, bizə şərait yaradacaq ki, yeni futbolçular seçək və onları xaricə göndərək. Çünki biz hər il 15-20 nəfəri Barselonadakı “Marset” akademiyasına göndəririk. Futbolçular 6 ay ərzində ispan dilini öyrənirlər və orada təhsil alırlar. Təkcə idmana fikir vermirik, bizdə təhsil və idman biryerdə gedir. Çünki idmançı həyatı qısadır. Biz çalışırıq ki, onlar futbolçu karyeralarını başa vurduqdan sonra təlimçi, menecer və s. vəzifədə fəaliyyətlərini davam etdirə bilsinlər. Hazırda “Marset” akademiyasında dünyanın müxtəlif ölkələrindən 2500 futbolçu var. Bizim də uşaqlarımız orada dil bilməyə məcburdurlar. Çünki bir otaqda 4 uşaq qalır. Azərbaycandan gedən yeniyetmənin otaq yoldaşı ingilis də ola bilər, fransız da, braziliyalı da. Bunun üçün dil öyrənmək məcburidir. Dil bilməlisən ki, ünsiyyətdə olasan, sosiallaşasan. Həmin futbolçuları İspaniyada peşəkar kimi yetişdirib Azərbaycana qaytarmaq istəyirik. Həmçinin onların Avropada oynamaq perspektivləri də var. Bildiyiniz kimi, hazırda Eldar Tağızadə “Barselona”nın üzvüdür. Bu, bizim üçün ilk müqavilə idi. Həmçinin “Sevilya” 15 yaşlı futbolçularımızdan 1-2-si ilə maraqlanır. Lakin indi bütün sirləri açmaq istəmirəm. 

- “Mingəçevir”lə müqavilə hansı müddətə imzalandı?

- Uzun müddətə. Biz nəinki “Mingəçevir” klubunu, həm də stadionu uzunmüddətlik götürdük. Çünki ilk növbədə strukturu bərpa etməliyik. Hazırda orda bir təbii, bir də süni meydança var. Meydançaların sayını artırmaq istəyirik. Orada həmçinin tennis akademiyası da açmaq istəyirik. Çünki uşaqların idmana cəlb olunmasının tərəfdarıyıq. Gənclərimiz sağlam böyüməlidirlər. 

- Baş məşqçi seçimində niyə məhz Füzuli Məmmədova üstünlük verdiniz?

- Siyahımızda bir neçə məşqçi var idi. Onlarla görüşüb danışdıq. Füzuli Məmmədovun PRO kateqoriyası və çox peşəkar olduğu üçün seçimi onun xeyrinə etdik. Füzuli müəllimə böyük ümidlərim var. Onun yanaşması, tələbləri, davranışı bizi qane edir. Onunla fikirlərimiz üst-üstə düşür. Bu komandada hamı ailə kimi olmalıdır. Başqa cür mümkün deyil. Ailə ola bilməsək, işimiz alınmaz. Füzuli müəllim də bizimlə eyni fikirdədir. 

- Mingəçevirdə baza tikməyi planlaşdırırsınız?

-  Akademiya üçün lazımi şərait yaradılacaq. Orada fitness zalı da olacaq, otel də. Regionlardan uşaqları cəlb edəcəyik, məhz orada məskunlaşacaqlar. Qidalanmalarına ciddi yanaşacağıq. İdmançılar lazımi qaydada bəslənməlidirlər ki, ondan tələb etdiyimizi ala bilək. Uşaqları 24 saat nəzarət altında saxlayacağıq.

- Qeyd olundu ki, ASTA-nın namizədləri arasında Mingəçevirlə yanaşı, digər bölgələr də var idi...

- Digər bölgələr də olmuşdu, amma ilk gündən Mingəçevir variantına üstünlük vermişik. Tural müəllimin (Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev nəzərdə tutulur - red.) çox böyük əziyyəti var. Bzimlə birgə bütün rayonları gəzdi. Bir gündə 750-800 km məsafə qət etmişik. O, canla-başla çalışırdı. Mən bakılı olsam da, region mənim üçün çox vacibdir. Perspektivli uşaqlar çoxdur. Mingəçevirin genofondu da güclüdür. SSRİ vaxtından olimpiya bazası olub. Oradakı 10 və 15 saylı məktəblərdə də çalışacağıq. Çünki daha əvvəl dediyim kimi, təhsil də çox önəmlidir. 

- Premyer Liqaya çıxmaqla bağlı planlarınız necədir?

- Premyer Liqaya çıxmaq üçün 2 il nəzərdə tutulub. İlk növbədə bazanı, infrastrukturu yaratmaq istəyirik. Premyer Liqaya bazamız, yataqxanamız olmadan, yaxud hansısa problemlə qalxmaq istəmirik. Həmin vaxta qədər “Marset” akademiyasına yollanan ilk 20 futbolçumuz da geri qayıdacaq. Onlara ümidimiz böyükdür. Həmin uşaqlar çox peşəkardırlar. Devizimiz odur ki, hansısa işlə məşğul olursansa, 1 nömrəli olmalısan, 2-ci yox. 

- Komandanın və ya ASTA-nın adı olduğu kimi qalacaq?

- Bəli, klubun adı “Mingəçevir” olaraq qalır. Eləcə də ASTA-nın. ASTA-da 5 idman növü var. Çox uğurla da fəaliyyət göstərir. Bura futbolla yanaşı, karate, tennis və s. daxildir. ASTA-nı gələcəkdə cəmiyyət kimi böyütmək istəyirik. 

- 3-5 ildən sonra həm iddia, həm də büdcə baxımından “Mingəçeviri” “Qarabağ”, “Neftçi”yə rəqib kimi görə biləcəyik?

- Fikrimiz rəqib olmaqdır. Amma milli kadrlarımızla. Maliyyə tərəfindən əlimizdən gələni edirik. Məqsədimiz odur ki, nə ilə məşğul olursansa, ya qalib olmalısan, ya da döyüşə getməməlisən. 

- Maliyyə baxımından gözləntiləriniz nədir? Yalnız pul xərcləmək, yoxsa..?

- Gözləntimiz çoxdur. Pul xərcləmək yox, həm də ölkəmizə pul qazandırmaq istəyirik. Məqsədimiz odur ki, yerli futbolçularımızı yetişdirək və onları Avropaya təqdim edək.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:343
embedMənbə:https://qol.az
archiveBu xəbər 15 Yanvar 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see336

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see281

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see279

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see277

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see273

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see267

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see259

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see257

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see246

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see242

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see239

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see235

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see222

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see219

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see217

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see211

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see210

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri