Premyer Liqaya iddialı komandanın dağılması xəbəri gəldi SON DƏQİQƏ
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
I Liqanın iddialılarından "Mingəçevir" fəaliyyətini dayandırmaq ərəfəsindədir.
Sportal.az "Sportinfo.az"a istinadən xəbər verir ki, bir qədər öncə redaksiyamızla əlaqə saxlayan futbolçular klub rəhbərliyinin mühasib vasitəsilə onlara şok xəbəri çatdırdıqlarını bildiriblər.
"İşıqçılar"ın sözlərinə görə, qərar İdarə Heyətinin sədri Rafael Bünyatova aiddir. Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin ən yaxın adamı düşərgədə baş verən son hadisələrə görə belə fikrə düşüb:
"Mövsümün başa çatmasına iki tur qalıb. Hələ mart və aprel aylarının maaşını almamışıq. Beş-on futbolçuya isə heç fevralın əməkhaqqısını da verməyiblər. Bəzi klub rəsmiləri hədə-qorxu gəlir ki, məşqə və oyuna çıxmasaz, elə olacaq, belə olacaq. Bizi futboldan silməklə qorxudurlar. Oyun satmamışıq, başqa pis iş görməmişik, bizi niyə futboldan silsinlər ki? Haqqımızı tələb etdiyimizə görə? Mühasib komandanın sürücüsü vasitəsilə bizə xəbər göndərib ki, Rafael müəllim deyir, mən daha «Mingəçevir»ə baxmayacam, pulum yoxdur. Deyib ki, komanda dağılsa və çempionatdan uzaqlaşdırılsa belə, geri dönməyəcək. Vüqar Hüseynzadəyə, o biri rəhbər şəxslərə zəng vururuq, mesaj yazırıq, cavab vermirlər. Borcu ödəsinlər, biz də geri qayıdaq. Ödəmə etməsələr, komanda həqiqətən dağılacaq".
"Mingəçevir" mövsümün geridə qalan 25 həftəsi ərzində 45 xal toplayıb.
Premyer Liqaya vəsiqə qazanmaq şansını saxlayan "işıqçılar" son iki tur öncəsi turnir cədvəlinin üçüncü pilləsində "lövbər salıb".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 08 May 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















