Icma.az
close
up
RU
Premyer Liqaya legioner axını

Premyer Liqaya legioner axını

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni mövsümdən Premyer Liqada legioner limitinin ləğv olunması ilə klublar heyətlərini əcnəbilərlə gücləndirir.

Qərarın qəbulundan sonra yerli futbolçularla bağlı problemlərin yaşanacağı və bunun milli komandaya təsirsiz ötüşməyəcəyi ilə bağlı fikirlər səsləndirildi. Premyer Liqa klubları yeni mövsüm üçün transfer çalışmalarına başlayıb və görürnən odur ki, klubların böyük əksəriyyəti üstünlüyü əcnəbilərə verməkdədir.

Elitada çıxış edəcək “Qəbələ” buna qədər 2 transfer edib və hər biri legionerdir. Maliyyə çətinlikləri səbəbindən akademiyasının fəaliyyətini məhdudlaşdıran bölgə təmsilçisi legionerlər üçün əlavə məbləğ ödəməkdən qaçınmır.

Debütant “İmişli” baş məşqçi postuna portuqaliyalı Kasqilyanı gətirdi, daha sonra isə braziliyalı Ronaldo Souza ilə heyətini gücləndirdi. İbrahim Əliyev və İmam Əli kimi yerli oyunçular da komandaya qoşulsa da, onlar ehtiyat qüvvə kimi düşünülüb.

Son günlərdə transferdə aktivlik göstərən “Şamaxı” da legioner transferinə başlayıb. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Portuqaliyadan Dioqo Balaunu, İsveçrədən isə Karim Rossini sıralarına cəlb edib.

Yeni mövsüm üçün iddialı heyət qurmağa çalışan “Neftçi”də də yeni gələnlərin 6-dan 4-ü əcnəbidir. “Sabah”ın, “Qarabağ”ın, eləcə də “Zirə”nin də gələnləri legionerlərdir.

Tarixində ilk dəfə Konfrans Liqasında mübarizə aparacaq “Araz-Naxçıvan”da isə bütün transferlər əcnəbidir.

Premyer Liqa klublarının legioner transferləri:

Qarabağ: Dani Bolt (“Torrense”, Portuqaliya), Pedro Bikalyo (“Alverka”, Portuqaliya)
Zirə: Brahim Konate (“Şamaxı”), Yeqor Boqomolski (“Neftçi”), Abdul Aziz Batibye
Araz-Naxçıvan: Bar Kohen (“Makkabi”, Netanya, İsrail), Ba-Muaka Simakala (“Osnabrük”, Almaniya), Bruno Franko (“Lokomotiv”, Sofiya, Bolqarıstan), Çarlz Boli (“Apollon”, Limassol, Kipr), Patrik Andrade (“Qarabağ”), Hamidu Keyta (“Konyaspor”, Türkiyə)
Turan Tovuz: David Tavares (“Qloriya Buzau”, Rumıniya)
Sabah: Akim Zedadka (“Pyast”, Polşa), Stiv Solvet (“Martiq”, Fransa), Zinədin Uld Xaled (“Anje”, Fransa)
Neftçi: Sessi D’Almeyda (“Apollon”, Kipr), Luis Ortis (“Sportivo Ameliano”, Paraqvay), İqor Ribeyro (“Araz-Naxçıvan”), İmad Faraj (AEK, Larnaka, Kipr)
Şamaxı: Dioqo Balau (“Unian Santarem”, Portuqaliya), Karim Rossi (“Şaffhauzen”, İsveçrə)
Kəpəz: Pedro Qomes (“Boavişta”, Portuqaliya)
Qəbələ: İsaak Amoa (“Atletiko Sanlukenyo”, İspaniya), Paulo Kimbila (“Əl-Əhli”, Bəhreyn)
İmişli: Ronaldo Souza

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 İyul 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri