“Premyer Liqaya yüksəlmək istəyirik” “Şamaxı”nın futbolçusu
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Şamaxı” Azərbaycan I Liqasında sona bir tur qalmış 54 xalla liderdir. Komanda növbəti turda “Araz Saatlı” ilə qarşılaşacaq və qələbə qazanacağı halda, çempionluğunu elan edəcək.
“Şamaxı”nın futbolçusu Arsen Ağcabəyov “FutbolPress“ə açıqlamasında komandanın son turlardakı çıxışını dəyərləndirdi:
“Qaradağ Lökbatan”la oyunda vacib qələbə qazandıq. Əvvəldən çətin oyun keçəcəyini bilirdik. Uşaqlarla söhbət edəndə rəqibin gücünü bilir, nələrə diqqət etməli olduğumuzu danışırdıq. İnanırdıq ki, qələbə qazanacağıq. Hesabda geri düşsək də, inamımız itmədi və xarakter göstərib qələbə qazandıq”.
Müdafiəçi son turun “Araz Saatlı” ilə görüşü haqda da fikirlərini bölüşdü:
“Liderik, sevinc var. Son oyuna da ciddi hazırlaşacağıq. Hər şey son matçda həll olunacaq və sınaqdan üzü ağ çıxıb, Premyer Liqaya yüksəlmək istəyirik”.
“Şamaxı” – “Araz Saatlı” oyunu mayın 22-də baş tutacaq.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 09 May 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















