Prezident 5 ildə 569 dəfə işğaldan azad olunan ərazilərə səfər edib Komitə sədri
Icma.az bildirir, Unikal.az portalına istinadən.
"Cənab Prezident 5 il ərzində 569 dəfə işğaldan azad olunan ərazilərə səfər edib, 170 layihənin təmələni qoyub, 167 obyektin açılışdan iştirak edib. 62 mindən çox insan həmin regionlarda yaşayır. 19 məktəb tikilib, 7 məktəbəqədər müəssisə, 1 xəstəxana istifadəyə verilib. Yollar, körpülər barədə kifayət qədər məlumat var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.
"Cənab Prezidentin sərəncamı oldu. Regionların strukturlarının təkmilləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verdi ki, qısa müddətdə strukturların təkmilləşdirilməsi və yeni struktur layihəsi təqdim olunsun. Hesab edirik ki, burada bələdiyyələrin də rolu öz əksini tapacaq. Bir Xocavənd rayonunu çıxmaq şərtilə qalanlarının hamısı özü büdcəsini təmin edir. Regionlardan danışanda rəqəmlərə fikir vermək lazımdır. Rayonlar arasında sağlam rəqabət gedir", - deyə komitə sədri bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 20 Noyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















