Icma.az
close
up
RU
Prezident Administrasiyasında Hafiz Hacıyevlə görüş keçirilib

Prezident Administrasiyasında Hafiz Hacıyevlə görüş keçirilib

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident Administrasiyasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə görüş keçirilmişdir

Məsələ ilə bağlı məlumat "Cebheinfo.az"-a partiyanın Mətbuat xidmətindən verilib.

Məlumatda bildirilir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev cari ilin 6 iyun tarixində Partiyanın sədri Hafiz Hacıyev ilə görüşüb.

Görüş zamanı region və dünyada müşahidə olunan tendensiyalarla yanaşı ölkənin daxili siyasi həyatında baş verən əlamətdar dəyişikliklər, siyasi proseslərin demokratikləşməsi və sağlam münasibətlərin bərqərar olunmasına xidmət edən dövlətin təşəbbüsləri, siyasi dialoq sayəsində əldə olunmuş vacib nailiyyətlər və digər məsələlər ətrafında söhbət aparılıb.

Vurğulanmışdır ki, ölkədə sağlam əməkdaşlıq mühitinin mövcudluğu bilavasitə ali siyasi iradənin təcəssümüdür və mövcud istiqamətdə atılan bütün təşəbbüslər siyasi partiyalar tərəfindən aktiv şəkildə dəstəklənir.

Həmçinin qeyd olunmuşdur ki, Azərbaycan ictimaiyyəti siyasi partiyaların sərbəst fəaliyyəti və inkişafı üçün ötən müddət ərzində görülmüş müxtəlif səpgili işlərin canlı şahididir. 
Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra cəmiyyətdə yaşanan milli birliyin bundan sonra da qorunmasında siyasi partiyaların aktivliyi xüsusi olaraq vurğulanıb.

İnformasiya məkanında vaxtaşırı şəkildə yaşanan təxribatları və qərəzli yanaşmaları tənqid edən Partiya sədri mövcud məsələdə də hər zaman dövlətin yanında olduğunu bildirmişdir.

Məsuliyyətsiz demaqogiyanın yalnız qərəz və məkrli niyyətlərin məhsulu olduğunu qeyd edən H.Hacıyev rəhbərlik etdiyi Partiyanın dövlətçilik ənənələrinin və milli birliyin qorunması uğrunda mübarizədə bütün resurslarını səfərbər etməyə hazır olduğunu vurğulanıb.  

Prezident Administrasiyasının rəsmisi görüşün sonunda milli mənafelərin qorunması yolunda Müasir Müsavat Partiyasına uğurlar arzulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 İyun 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri