Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev haqqında cinayət işi başlanıb
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, daha sonra 2022-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş Ramiz Mehdiyev barəsində cinayət işi başlanıb.
Bizimyol.info xəbər verir ki, oktyabrın 14-də Səbail Rayon Məhkəməsində onun barəsində ev dustaqlığı qərarı çıxarılıb. 1938-ci il təvəllüdlü Ramiz Mehdiyev xüsusilə ağır cinayətlərdə - Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və s. maddələri ilə ittiham olunur. Bu maddələrin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası var.

Ginekoloq Suriya Prezident Administrasiyasının rəhbəri oldu
07 Aprel 2025 22:27
Prezident Administrasiyasının rəhbəri səs verdi KONKRET
29 Yanvar 2025 13:24
Məhkəmədən Ramiz Mehdiyev barədə QƏRAR
14 Oktyabr 2025 22:58
Ramiz Mehdiyev həbs edildi Təcili
14 Oktyabr 2025 21:57

