Icma.az
close
up
RU
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin Yaponiya heyəti ilə görüşü

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin Yaponiya heyəti ilə görüşü

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 13-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev tədbirdə iştirak edən Tokionun qubernatoru Yuriko Koikenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkəmizlə Yaponiya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu bildirilib.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə COP29-a hazırlıq işlərinin müvəffəqiyyətlə həyata keçirildiyi, sədrliyimiz çərçivəsində iqlim gündəliyi üzrə bütün tərəflər arasında konsensusa nail olunması istiqamətində nəticəyönümlü səylər göstərildiyi vurğulanıb.

Öz növbəsində Y.Koike COP29-un uğurla təşkil edilməsi münasibətilə təbriklərini çatdırıb və COP29 sədrliyində ölkəmizə uğurlar arzulayıb.

Görüşdə, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib, dövlətimizin başçısı tərəfindən yaşıl enerji zonası elan edilmiş bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiq olunduğu vurğulanıb, Yaponiya ilə bu xüsusda əməkdaşlıq imkanları müzakirə edilib.

Söhbət zamanı Bakı və Tokio şəhərləri arasında əlaqələrin genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Yuriko Koikenə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri