Prezident: Ağdam Хаnkəndi dəmir yolunun inşası ilə məşğuluq
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
“Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Ağdam rayonunda isə artıq bir neçə önəmli infrastruktur obyekti, mədəni obyekt istismara verilmişdir. Mən dünən Ağdam Sənaye Məhəlləsində yeni müəssisələrlə tanış olmuşam. Artıq 30-dan çox rezident qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib.
Dövlət başçısı qeyd edib ki, artıq onların bəziləri fəaliyyətə başlayıb, bəziləri isə yaxın gələcəkdə fəaliyyətə başlayacaq. Ağdam ölkəmizin böyük sənaye şəhəri olacaq. Bakı, Sumqayıt və Gəncədən sonra yəqin ki, dördüncü sənaye mərkəzi olacaq.
Burada nəqliyyatla bağlı məsələlər həll olunur. Birinci layihə Bərdə-Ağdam avtomobil yolu, Bərdə-Ağdam dəmir yolu olmuşdur. Dəmiryol vağzalı istismara verilmişdir. Hazırda biz vaxtilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Ağdam-Хаnkəndi dəmir yolunun inşası ilə məşğuluq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 24 Dekabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















