Prezident: Aİ ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Mən Prezidenti Sercio Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı (Aİ) ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik.
Xalqcebhesi.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında bildirib.
Dövlət başçısı deyib ki, elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır və yəqin ki, yaxın vaxtlarda hazır olacaq: “Beləliklə, TAP-ın, Cənubi Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. O cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və daha sonra Avropaya ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 30 Sentyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















