Icma.az
close
up
RU
Prezident ailəsinə verilən ən bahalı hədiyyə: Siyahıda nələr var?

Prezident ailəsinə verilən ən bahalı hədiyyə: Siyahıda nələr var?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Departamentinin açıqladığı illik hesabata görə, ABŞ Prezidenti Co Bayden və ailəsi 2023-cü ildə xarici liderlərdən on minlərlə dollar dəyərində hədiyyə alıb.

Ən bahalı hədiyyə isə birinci xanım Cil Baydenə verilib: 20 min dollarlıq brilyant. 

Bu hədiyyə ona Hindistandan gəlib.

“Cebheinfo.az” bu barədə CNN-ə istinadən xəbər verir.

Hindistanın Baş naziri Narendra Modinin verdiyi 7,5 karatlıq almaz 2023-cü ildə ilk ailənin hər hansı bir üzvünə verilən ən bahalı hədiyyə olub. Cil Bayden eləcə də Ukraynanın ABŞ-dəki səfirindən 14,063 dollar dəyərində broş alıb. Misir Prezidenti və birinci xanımından 4510 dollar dəyərində bilərzik, broş və fotoalbom da hədiyyə kimi ona göndərilib.

Prezident Bayden də bir sıra bahalı hədiyyələr, o cümlədən Cənubi Koreyanın yaxınlarda devrilmiş Prezidenti Yoon Suk-yeoldan 7100 dollar dəyərində xatirə fotoalbomu, Monqolustanın Baş nazirindən 3495 dollar dəyərində monqol döyüşçü heykəlciyi və 3300 dollar dəyərində gümüş kasa alıb.

Bruney Sultanı 3160 dollar dəyərində gümüşdən hazırlanmış nimçə hədiyyə edib. İsraildən və Ukrayna Prezidenti Voladimir Zelenskidən 2400 dollar dəyərində hədiyyə göndərilib.

Federal qanun icra hakimiyyətinin məmurlarından xarici liderlərdən və həmkarlarından təxmini dəyəri 480 dollardan çox olan hədiyyələri bəyan etməyi tələb edir. Bu meyara cavab verən hədiyyələrin çoxu nisbətən ucuzdur və daha bahalı olanlar adətən  Milli Arxivə verilir və ya rəsmi sərgiyə qoyulur. Lakin həmişə belə olmur.

Dövlət Departamentinin sənədinə əsasən, 20 min dollarlıq brilyant rəsmi istifadə üçün Ağ Evin Şərq Qanadında saxlanılıb, prezident və birinci xanıma verilən digər hədiyyələr isə arxivdə saxlanılıb.

Cil Baydenin sözçüsü Vanessa Valdivia bildirib ki, almaz Baydenlər Ağ Evi tərk etdikdən sonra arxivə veriləcək.

Alıcıların ABŞ hökumətindən hədiyyəni bazar dəyəri ilə geri almaq imkanı da var. Amma bu, nadir halalrda olur, xüsusən də bahalı əşyalara alıcı tapılmır.
Dövlət Departamentinin Federal Reyestrdə cümə günü dərc olunan siyahıya daxil olan Protokol Ofisinin məlumatına görə, CİA-nın bir neçə əməkdaşı lüks saatlar, ətir və zinət əşyaları hədiyyə aldığını bildirib.  Onların demək olar ki, hamısı məhv edilib. Məhv edilən hədiyyələrin ümumi dəyəri 132 min dollardan çox olub.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Yanvar 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri