Icma.az
close
up
RU
Prezident AMEA da önəmli mesajlar verdi Deputat

Prezident AMEA da önəmli mesajlar verdi Deputat

Icma.az, Modern.az saytına istinadən bildirir.

“Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illiyi münasibəti ilə keçirilən tədbirdə çox böyük, vacib məqamlara toxundu və Azərbaycan elminin  inkişafında Milli Elmlər Akademiyasının böyük bir rol oynadığını xüsusi ilə qeyd etdi. Ulu öndər Heydər Əliyevin bilavasitə diqqət və qayğısı ilə Elmlər Akademiyasının daha inkişaf etdiyini və elmi potensialının gücləndiyini bir daha göstərdi. Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov ölkə başçısının AMEA-dakı dünənki çıxışından bəhs edərkən deyib

“Cənab prezident xatırlatdı ki, 1993-cü ildə də Elmlər Akademiyası vardı və o vaxt Azərbaycan imkanlarının məhdud olmasıına baxmayaraq bu sahəyə vəsait ayırmağa davam edirdi. Sonrakı illərdə Azərbaycanın imkanları artıqca bu sahəyə ayrılan vəsait daha da artdı və inkişaf etdi. Heydər Əliyevin elm və təhsil sahəsində atdığı addımlardan ən əsası 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilib və bununla da akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənib”, - deputat qeyd edib.

C.Məmmədov bildirib ki, bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır:
“Eyni zamanda cənab Prezident çıxışı zamanı Elmlər Akademiyasında görülən işlərə toxundu. Böyük kitabxananın, elm fondunun yaradıldığını, milli ensiklopediya üçün yeni bina inşa olunduğunu, elmi tədqiqat institutlarının təmir və avadanlıqlarla təhciz ediliyini, eyni zamanda elm haqqında qanun və  dövlət proqramı qəbul edildiyini xüsusi vurğuladı. Bu gün də bu istiqamətdə işlərin davam etdiyini qeyd etdi.

Cənab Prezident eyni zamanda intellektual potensialın artırılması ilə bağlı məqamlara toxundu. Rəqəmsallaşma və kibertəlükəsizlik sahəsində görülən işlərdən bəhs etdi. Azərbaycan alimlərinin də bu prosesə töhfə verməsinin vacibliyini vurğuladı.
Dövlət başçısı Şərqi Zəngəzurda görülən işlərdən bəhs etdi. Azərbaycanlıların Ermənistana qayıtması ilə bağlı vacib məqamlara toxundu. Xüsusi qeyd etdi ki, bu sahədə alimlərimiz də ciddi çalışmalıdır”.
C.Məmmədovun sözlərinə görə, Prezidentin çıxışında toxunduğu vacib məqamlardan biri də Sevan gölü ilə bağlı məqam idi.
“Sevan gölünün xəritələrdə olmadığını qeyd etdi. Göyçə gölünün ermənilər tərəfindən dəyişdirilərək guya ki, Sevan gölü olduğu uydurma fikirlərindən biri olduğunu vurğuladı.

Cənab Prezidentin mesajları arasında vacib məqamlardan biri isə Azərbaycan dilinin saflığının qorunması və bu sahədə alimlərin üzərinə düşən öhdəliklərlə bağlı oldu. Bizim dilimizi, onun saflığını qorumalı olduğumuzu söylədi. Bildirdi ki, elmi əsərlər hazırlanmalıdır ki, gənclərimiz öz tariximizlə yaxından tanış olsunlar. Ölkəmizin tarixi ilə bağlı elmi əsərlərə böyük ehtiyacımızın olduğunu  cənab Prezident xüsusilə vurğuladı”.
Deputat Prezident İlham Əliyevin Azərbaycanın hərbi uğurlarından bəhs etməsinə də diqqət çəkib:
“Azərbaycan ilk dəfə pilotsuz uçuş aparatlarını müharibədə istifadə edən bir ölkə kimi tarixdə qaldı. Bu gün də həmin istiqamətdə işlər görülür. Azərbaycanın texnoloji inkişaflari daha da artır. Azərbaycan bu gün xaricə hərbi təyinatlı məhsullar ixrac edir və bu da çox vacib önəmli bir məsələdir. Prezident İlham Əliyev Azərbaycanın iqtisadi gücündən danışdı. Azərbaycanın bu sahədə geniş imkanlarının olduğunu bildirdi.

Bu arada Azərbaycan xalqına yaxın günlərdə mesajlar verəcəyini xüsusilə qeyd edərək bu istiqamətdə atılan addımlarda və görülən işlərdən bəhs etdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri