Prezident Ançelottini ələ saldı: “Bu robotla müqavilə imzala”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliya prezidenti Luiz İnasiu Lula da Silva futbol üzrə milli komandanın baş məşqçisi Karlo Ançelottiyə istehzalı müraciət edib.
İdman.Biz xəbər verir ki, dövlət başçısı San-Pauludakı Maua Texnologiya İnstitutuna səfəri zamanı tələbələr tərəfindən hazırlanan robotlardan birini Braziliya millisində oynatmağı təklif edib.
“Bu gənc çox aqressiv robot hazırlayıb. Mbappeyə və ya Erlinq Holanda bənzəyir. Ançelottiyə dedim ki, istəsə, bu robotla müqavilə imzalasın. O, Braziliyaya Dünya Çempionatını qazandıra bilər”, - deyə Lula bildirib.
Qeyd edək ki, Braziliya DÇ-2026-nın 1/8 finalında Norveçə uduzaraq mübarizəni dayandırıb. Bu nəticədən sonra Ançelottiyə qarşı tənqidlər artsa da, onun Braziliya Futbol Konfederasiyası ilə müqaviləsi 2030-cu il Dünya Çempionatının sonuna qədər nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 14 İyul 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















