Icma.az
close
up
RU
Prezident Assambleya iştirakçılarına müraciət ünvanladı

Prezident Assambleya iştirakçılarına müraciət ünvanladı

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb.

"Unikal" xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları!

Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu mühüm tədbirə ev sahibliyi edən Kamboca Xalq Partiyasına təşəkkürümü bildirirəm.

Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı əhatə edən ICAPP fəaliyyət göstərdiyi 24 il ərzində özünü yüksəksəviyyəli hökumət nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin və təcrübəli ekspertlərin iştirakı ilə bəşəri əhəmiyyətli, qlobal xarakterli aktual məsələlərin müzakirə olunduğu, fikir və təcrübə mübadiləsinin aparıldığı nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləmişdir. ICAPP müxtəlif siyasi partiyaları bir araya gətirməklə Asiya ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılmasına böyük töhfə verməkdədir.

ICAPP-ın 12-ci Baş Assambleyası bəşəriyyəti düşündürən olduqca önəmli bir məsələyə həsr olunmuşdur. "Sülh və barışıq axtarışı mövzusu hazırkı reallıqlar, xüsusən də dünyada baş verən hərbi-siyasi kataklizmlər, silahlı münaqişələr və kəskin qarşıdurmalar fonunda xalqlar və dövlətlər qarşısında duran ən vacib məsələlərdən və strateji prioritetlərdən biridir.

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda dayanıqlı sülh, davamlı sabitlik və etibarlı təhlükəsizlik üçün əlverişli şərait, eyni zamanda daha geniş coğrafiyada yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm imkanlar yaratmışdır. Konstruktiv sülh gündəliyini təşviq edən Azərbaycan bu istiqamətdə əhəmiyyətli təklif və təşəbbüslər irəli sürür, daim prinsipial mövqedən çıxış edərək milli maraqlara uyğun və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan səmərəli fəaliyyət həyata keçirir.

Məlumdur ki, silahlı münaqişələr insan itkisinə, sosial infrastrukturun dağılmasına, bir çox hallarda iqtisadi tənəzzülə və ciddi təhlükəsizlik problemlərinə səbəb olmaqla yanaşı, ətraf mühitə də onilliklər boyu davam edən böyük zərər yetirir.

Bu gün ICAPP tədbirinin keçirildiyi bir vaxtda Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Dünyanın bir çox ölkəsindən yüksəksəviyyəli dövlət və hökumət rəsmilərinin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin, nüfuzlu ekspertlərin iştirak etdiyi COP29 çərçivəsində aparılan müzakirələrdə ifadə olunan ümumi fikir və yekdil qənaətlərdən biri də ekosistemin mühafizəsinin əsas yollarından biri kimi müharibələrin qarşısının alınması və silahlı qarşıdurmaların ətraf mühitə zərər vuran nəticələrinin tezliklə aradan qaldırılması üçün sülh və barışıq tədbirlərinin gücləndirilməsindən ibarətdir.

Əminəm ki, 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələr, eləcə də sonda qəbul ediləcək Pnompen Bəyannaməsi ortaq hədəflərimizi reallaşdırmağa mühüm töhfə verəcək və genişmiqyaslı səmərəli əməkdaşlığa yol açacaqdır.

Sizə ən xoş arzularımı çatdırır və 12-ci Baş Assambleyanın işinə uğurlar diləyirəm".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Noyabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see482

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see353

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see352

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see334

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see333

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see330

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see305

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see302

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see301

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see294

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see289

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see288

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see283

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see278

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see269

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see246

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see246

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see234

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see222

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri