Prezident Avropadan gələn nümayəndə heyətini qəbul edib
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edən Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Reyting.az xəbər verir ki, Dan Yorgensen dövlətimizin başçısının Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının açılışındakı çıxışının onlarda dərin təəssürat hissi yaratdığını deyib.
Dan Yorgensen bugünkü tədbirin çox mühüm əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizlə tərəfdaşlığın onlar üçün önəm kəsb etdiyini bildirib və onu genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb. O, həyata keçirilən əməkdaşlığa görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın və Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun ötən il ölkəmizə səfərlərinə toxunaraq, heyətlərimizin fəal işləməsini enerji və bağlılıq məsələlərində əməkdaşlığı dərinləşdirmək üçün hər iki tərəfdə olan iradənin göstəricisi kimi qiymətləndirib.
Söhbət zamanı Azərbaycanın, xüsusən hazırkı dövrdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə toxunulub, enerji sahəsində ölkəmizin Avropa bazarında ixrac coğrafiyasının genişləndirilməsi və təbii qaz, yaşıl enerji ilə bağlı əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.
Baxış sayı:135
Bu xəbər 04 Mart 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















