Prezident: Avropanın enerji təhlükəsizliyinin Azərbaycan və Gürcüstansız təsəvvürü mümkün deyil
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında deyib.
"Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir", - deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.

“Bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”
16 Aprel 2025 12:35
Avropanın enerji təhlükəsizliyində Azərbaycan halqası
12 Mart 2025 12:25
Avropanın Braziliyası Azərbaycan
12 Mart 2025 16:36
Azərbaycan ixrac nəql marşrutları ilə Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilib ŞƏRH
07 Aprel 2025 10:27
Avropanın ən yaxşısı Azərbaycan
17 Fevral 2025 09:57

