Icma.az
close
up
RU
Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

Icma.az, Axar.az saytına istinadən bildirir.

Prezident İlham Əliyevin bu gün çıxışında səsləndirdiyi ən diqqətçəkən fikirlərdən biri Azərbaycanın artıq “orta güc” kimi qəbul olunması ilə bağlı idi. Bu, təsadüfi və ya siyasi ritorikaya əsaslanan ifadə deyil.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Aynur Camal Prezident İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı haqda deyib.

Politoloq vurğulayıb ki, son illər beynəlxalq münasibətlər nəzəriyyəsində “middle power”, yəni “orta güc” anlayışı getdikcə daha çox önə çıxır və dünya siyasətinin yeni reallıqları fonunda xüsusi məna daşıyır:

“Azərbaycanın artıq bu kateqoriyada adı çəkilən dövlətlər sırasında göstərilməsi bizim üçün xüsusilə önəmlidir. Təbii ki, ilk növbədə “orta güc” anlayışının nəyi ehtiva etdiyi aktuallaşır.

Uzun illər beynəlxalq sistem əsasən “supergüclər” və “kiçik dövlətlər” anlayışı üzərində qurulurdu. ABŞ, Çin, Rusiya kimi qlobal güclər beynəlxalq gündəliyi müəyyən edir, digər dövlətlər isə daha çox bu güclərin təsir dairəsində qiymətləndirilirdi. 21-ci əsr isə yeni siyasi dinamika yaratdı. Artıq elə dövlətlər meydana çıxdı ki, onlar nə supergücdür, nə də zəif ölkə. Amma regional və hətta qlobal proseslərə ciddi təsir göstərə bilir, diplomatik platformalar yaradır, iqtisadi və enerji təhlükəsizliyində mühüm rol oynayır, beynəlxalq vasitəçilik missiyası həyata keçirirlər. Məhz bu dövlətlər “orta güclər” adlandırılır. Bu kateqoriyaya adətən Braziliya, İndoneziya, Türkiyə, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Avstraliya, Cənubi Afrika Respublikası, Qətər, BƏƏ kimi ölkələr daxil edilir. Onları “orta güc” edən əsas meyarlar sırasına regional təsir imkanları, iqtisadi güc və enerji resursları, müstəqil xarici siyasət yürütmək bacarığı, beynəlxalq platformalarda nüfuz, vasitəçilik və diplomatik aktivlik, böyük beynəlxalq tədbirlərə ev sahibliyi etmək potensialı, hərbi və təhlükəsizlik imkanları, yumşaq güc (“soft power”) elementi və s. aiddir. Məhz bu parametrlər baxımından Azərbaycan artıq xüsusi status qazanıb”.

A.Camal qeyd edib ki, əslində Azərbaycanın orta gücə çevrilmə prosesi bir neçə mühüm mərhələdən keçib:

“Birinci mərhələ güclü iqtisadi bazanın formalaşdırılması idi.

1990-cı illərin sonlarından başlayaraq həyata keçirilən enerji strategiyası Azərbaycanın regionun əsas enerji mərkəzlərindən birinə çevrilməsinə səbəb oldu. Bakı-Tiflis-Ceyhan, TANAP, TAP kimi layihələr ölkənin yalnız iqtisadi imkanlarını artırmadı, həm də Avropanın enerji təhlükəsizliyində vazkeçilməz rolunu təmin etdi.

Bu gün Azərbaycan Avropanın enerji xəritəsində strateji tərəfdaş kimi çıxış edir.

İkinci mərhələ siyasi sabitlik və müstəqil xarici siyasət idi.

Azərbaycan uzun illərdir müxtəlif qlobal güclər arasında balanslı siyasət yürüdərək həm Qərblə, həm türk dünyası ilə, həm də region dövlətləri ilə münasibətlərini qorumağı bacarıb. Məhz bu balans Bakının etibarlı tərəfdaş imicini gücləndirib.

Üçüncü və ən mühüm mərhələ isə şübhəsiz ki, suverenliyini, ərazi bütövlüyünü təmin etməsi oldu.

44 günlük Vətən müharibəsi təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi. Bu qələbə regionun geosiyasi xəritəsini dəyişdirdi. Azərbaycan BMT TŞ qətnamələrinin tələblərini öz hərbi gücü ilə yerinə yetirməklə imkanlarını nümayiş etdirmiş oldu.

Çünki beynəlxalq münasibətlərdə “orta güc” statusu yalnız iqtisadiyyat və diplomatiya ilə müəyyən olunmur. Dövlət öz milli maraqlarını qorumaq və lazım gəldikdə təmin etmək imkanına da malik olmalıdır.

Azərbaycan məhz bunu dünyaya sübut etməyi bacardı”.

Politoloqun sözlərinə görə, bu gün Bakı artıq bir ölkənin və regionun mərkəzi olmaqdan əlavə, beynəlxalq dialoq platformasına çevrilib:

“Son illərdə burada keçirilən tədbirlərin miqyası bunu açıq göstərir. Qoşulmama Hərəkatının Zirvə Görüşü, Türk Dövlətləri Təşkilatının tədbirləri, beynəlxalq enerji forumları, dini və mədəniyyətlərarası dialoq platformaları, COP29, WUF13 kimi qlobal əhəmiyyətli tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi qətiyyən təsadüfi deyil.

Dünya yalnız güclü iqtisadiyyata malik ölkələrə yox, həm də etibarlı və təhlükəsiz platforma yaradan dövlətlərə ehtiyac duyur. Bakı isə artıq məhz belə məkanlardan biri kimi qəbul edilir.

Azərbaycanın başqa mühüm üstünlüyü isə onun coğrafi və siyasi körpü roludur. Ölkə Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşir. Orta Dəhliz layihəsi, Zəngəzur dəhlizi perspektivi, Türk dünyası ilə inteqrasiya və Avropanın enerji təhlükəsizliyində oynadığı rol Bakının strateji əhəmiyyətini daha da artırır.

Ən vacib məqam isə budur: Azərbaycan artıq beynəlxalq proseslərdə yalnız iştirak edən ölkə deyil. Gündəm formalaşdıran, təşəbbüs irəli sürən və siyasi çəkisi nəzərə alınan aktora çevrilib. Bu isə “orta güc” anlayışının əsas mahiyyətidir.

Prezident İlham Əliyevin bu gün səsləndirdiyi fikir əslində Azərbaycanın son 20 ildə keçdiyi yolun siyasi yekunudur. Bir zamanlar işğala qarşı mübarizə aparan ölkə indi regionun siyasi, iqtisadi və diplomatik mərkəzlərindən birinə çevrilib. Və aydın görünən odur ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş coğrafiyanın mühüm güc mərkəzlərindən biri kimi qəbul olunur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 May 2026 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri