Prezident: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.
APA xəbər verir ki, dövlət başçısı Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib.
İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan Azərbaycan Prezidenti, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.

Fransa ilə anlaşılmazlığa səbəb olan məsələlər... Prezident
16 Oktyabr 2025 16:03
Viza rejiminin ləğvi Azərbaycanla Çin arasında... Prezident
09 Sentyabr 2025 13:29
Azərbaycanla Bolqarıstan arasında bu məsələlər müzakirə olundu
24 May 2025 01:07
Azərbaycanla Suriya arasında bu məsələlər müzakirə olundu
26 Avqust 2025 00:18
Prezident Azərbaycanla BMT arasında Anlaşma Memorandumunu təsdiq etdi
08 Noyabr 2024 12:19

