Icma.az
close
up
RU
Prezident Bakıya gələn qonaqları qəbul edir Fotolar Yenilənib

Prezident Bakıya gələn qonaqları qəbul edir Fotolar Yenilənib

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçısı Monqolustan Prezidentini Bakıda görməkdən məmnunluğunu ifadə edərək, dəvəti qəbul edib COP29-da iştirak etdiyinə görə ona minnətdarlığını bildirib. Prezident İlham Əliyev bu görüşün Uxnaaqiyn Xurelsux ilə ilk görüş olduğunu deyərək bunun ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını vurğulayıb.

Dövlət başçısı bundan əvvəl beynəlxalq tədbirlər çərçivəsində Uxnaaqiyn Xurelsux ilə təmaslarını məmnunluqla xatırlayaraq, Monqolustan Prezidenti vəzifəsində Azərbaycana ilk səfəri tarixi hadisə kimi dəyərləndirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif səviyyələrdə təmasların bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Siyasi əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı iqtisadi sahədə də əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Xoş sözlərə və COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Monqolustan Prezidenti dövlət başçısının dəvətini qəbul edərək Azərbaycana səfərindən böyük məmnunluğunu ifadə edib.

Monqolustan Prezidenti deyib ki, bu görüşü ikitərəfli əlaqələr üçün tarixi görüş hesab edir.

Qonaq ölkəmizin COP29-a ev sahibliyi və sədrlik etməsi münasibətilə təbriklərini çatdırıb.

Uxnaaqiyn Xurelsux da öz növbəsində Prezident İlham Əliyev ilə bundan əvvəl beynəlxalq səviyyəli tədbirlərdə təmaslarını məmnunluqla xatırlayıb.

Ölkələrimiz arasında 32 ildir diplomatik əlaqələrin qurulduğunu deyən qonaq Azərbaycan Prezidentini Monqolustana səfərə dəvət edib.

Monqolustan Prezidenti dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə gedən böyük inkişaf proseslərinin ona dərin təəssürat bağışladığını deyib. Uxnaaqiyn Xurelsux ölkələrimiz arasında tarixi yaxınlığın olduğunu da vurğulayıb. O, ölkələrimiz arasında ikitərəfli hüquq-müqavilə bazasının inkişaf etdirilməsinin önəminə toxunub.

Prezident İlham Əliyev Monqolustana səfərə dəvətə və COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərə görə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti də öz növbəsində Monqolustan Prezidentinin rəhbərliyi ilə bu ölkənin inkişaf etdiyini vurğulayıb.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub, xarici işlər nazirləri və digər aidiyyəti qurumlar səviyyəsində səfərlərin təşkili ilə bağlı təlimatlar verilib. Monqolustanda investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Görüşdə hökumətlərarası komissiyanın yaradılması, turizm, təhsil, kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahələrində əməkdaşlığın perspektviləri müzakirə olunub.

***

Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviç və üzvü Jelka Tsviyanoviç ilə görüşüb.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri