Icma.az
close
up
RU
Prezident Belçikanın Baş naziri ilə GÖRÜŞDÜ FOTO/VİDEO

Prezident Belçikanın Baş naziri ilə GÖRÜŞDÜ FOTO/VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Belçika Krallığının Baş naziri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi üçün bu tədbirin çox önəmli olduğunu deyib.
Qonaq Azərbaycanın COP-un təşkilində və ümumilikdə zəngin enerji sərvətlərinə malik bir ölkə kimi iqlim dəyişmələri məsələsində böyük rol oynadığını vurğulayıb.
Aleksandr De Kro ölkəmizə səfərinin həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müzakirəsi üçün imkan yaratdığını qeyd edərək, Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin olduğunu və bu əlaqələrin inkişafını dəstəklədiyini deyib.
Dövlətimizin başçısı ölkəmizlə Avropa İttifaqı arasında uğurlu əməkdşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycanın yaşıl enerji imkanlarına toxunan və Xəzər dənizinin Azərbaycan sahillərində böyük külək enerjisi potensialının olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə istehsal olunan yaşıl enerjinin Avropaya ixracı üçün konkret layihələrin həyata keçirildiyini bildirib.
Azərbaycan Prezidenti ölkəmiz ilə Avropa İttifaqı arasında digər sahələrdə də yaxşı əməkdaşlığın qurulduğunu deyib.
 

Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı az vaxt olmasına baxmayaraq Azərbaycanın bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün səylər göstərdiyini vurğulayıb.


Azərbaycan Prezidenti ölkəmizin də iqlim dəyişmələrinə məruz qaldığını bildirib. Görüşdə regional məsələlər, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyi ilə bağlı fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı son bir ildə fəal danışıqlar nəticəsində ciddi irəliləyişlərin, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlərin olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.
Söhbət zamanı limanlar sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, Belçika şirkətlərinin dənizdə bərpaolunan enerji sahəsində böyük imkanlara malik olduğu bildirilib.


Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Noyabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri