Icma.az
close
up
RU
Prezident COPu qaralamaq istəyənlərin də dərsini verdi ŞƏRH EDİLDİ

Prezident COPu qaralamaq istəyənlərin də dərsini verdi ŞƏRH EDİLDİ

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Prezident COP-un açılışında Azərbaycanın enerji keçidi siyasətinin əsaslarını geniş təsvir etdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, Azərbaycanın enerji keçidi siyasəti həm milli maraqlara, həm də qlobal mənafelərə uyğundur: "Yəni Azərbaycan bu siyasəti aparmaqla həm ölkəmizin özünün yaşıl enerji mənbələrinə doğru dönməz kurs götürdüyünü göstərir, eyni zamanda onu da nümayiş etdirir ki, iqlim dəyişməsinin dünyada hər bir dövlətə və xalqa hansı təhlükələri gətirdiyinin fərqindəyik. Prezidentin dünyaya ilk ən böyük mesajı bu oldu ki, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı siyasəti tək özümüzə yox, həm də bütün dünyanın maraqlarına uyğundur. Prezident növbəti dəfə hamının vahid bir kurs ətrafında fəaliyyətini əlaqələndirməsinin zəruriliyini vurğuladı. COP-un öz hədəflərinə yalnız birgə fəaliyyətlə çata biləcəyi İlham Əliyevin dünyaya mühüm mesajlarından biri oldu"."Azərbaycanı "neft- qaz dövləti " kimi uyğun olmayan ifadə ilə qaralamaq istəyənlər öz cavablarını aldılar. Prezident haqlı dedi. Əgər Azərbaycan bu gün qlobal karbon emissiyasının ancaq 0,1 faizinə görə məsuliyyət daşıyırsa, atmosferi 25-30 faizlik payla çirkləndirənlərin Azərbaycana iradlar səsləndirməsinin yeri yoxdur. Ancaq Azərbaycan qlobal təhlükəyə dövlətlərin reaksiyasının əsil nümunəsini göstərir. Azərbaycan göstərir ki, indi təbii yanacağı olan ölkələrə irad tutmaq, həm də ədalətsiz irad tutmaq yox, onların qlobal iqlim fəaliyyəti sahəsində gördüyü işlərə obyektiv qiymət vermək lazımdır. Azərbaycanın nə günahı var ki, təbii qazıntı yanacaqlarına malikdir və bunu indiyə qədər öz xalqının və dünyanın təhlükəsiz enerji maraqları naminə istifadə edir?! Eləcə də dünyanın əsas enerji istehlakçıları olan ölkələrin Azərbaycan kimi dövlətlərə yuxarıdan, ya həqarətlə baxmağa nə haqları var?!Prezident COP-u qaralamaq istəyənlərin də "dərsini verdi". İlham Əliyev onlara dedi ki, ədalətsiz siyasətdən əl çəkin və həqiqətən dünyanın xilası üçün çalışan Azərbaycan kimi dövlətlərə dəstək verin, ya da ki, heç olmasa ayağımızdan tutub mane olmayın" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri