Icma.az
close
up
RU
Prezident Əliyev ABŞ dövlət katibinin köməkçisini qəbul etdi

Prezident Əliyev ABŞ dövlət katibinin köməkçisini qəbul etdi

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev iyunun 1-də ABŞ dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, dövlətimizin başçısı Kaleb Orra “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən sərgilərin və “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdiyinə görə təşəkkürünü bildirdi.

ABŞ Prezidenti Donald Trampın bu tədbirə məktub ünvanlamasını məmnunluqla vurğulayan Prezident İlham Əliyev bu yanaşmanın və tərəfdaşlığın çox yüksək qiymətləndirildiyini bildirdi, buna görə ABŞ dövlətinin başçısına minnətdarlığını ifadə etdi. Sezar pizza

Son dövrlərdə ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının, həmçinin bu Xartiya əsasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qruplarının yaradılmasının əhəmiyyətinə toxundu, Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçiriləcəyini vurğuladı. Bu xüsusda Kaleb Orrun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın perspektivlərini müzakirə etmək baxımından yaxşı imkan yaratdığı bildirildi.

Dövlətimizin başçısı “Bakı Enerji Həftəsi” çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxundu.

Kaleb Orr ABŞ Prezidenti Donald Trampın və Dövlət katibi Marko Rubionun salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Donald Trampa və Marko Rubioya çatdırmağı xahiş etdi.

Qonaq vurğuladı ki, Donald Trampın “Bakı Enerji Həftəsi”nə məktub ünvanlaması tədbirin Amerika Birləşmiş Ştatları üçün nə qədər önəmli olduğunu göstərir.

Kaleb Orr, eyni zamanda dedi ki, bu tədbir enerji bazarlarının vəziyyəti ilə bağlı müzakirələr aparmaq baxımından Prezident İlham Əliyevin liderlik rolunu nümayiş etdirir.

Söhbət zamanı “Bakı Enerji Həftəsi”nin qlobal enerji məsələləri barədə fikir mübadiləsi aparmaq, həmçinin dünyanın qabaqcıl enerji şirkətləri, dövlət qurumları, investorlar və sənaye mütəxəssisləri arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün uğurlu platforma olduğu vurğulandı.

Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin hər iki ölkənin dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyduğu qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 İyun 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri